Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları insan həyatının bütün sahələrində davamlı inkişafın təmin edilməsi məqsədi ilə mədəniyyət sahəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.
“Mədəniyyət insanın bütün inkişaf sahələrinə vacib təsir təsir göstərir”, - deyə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser forum çərçivəsində keçirilən “2015-ci ildən sonra sülhün inkişafı proqramında mədəniyyət və davamlı inkişaf” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mədəniyyət iqtisadiyyatın inkişafına da müsbət təsir göstərir.
O, həmçinin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında dialoqun inkişafında turizm sektorunun xüsusi əhəmiyyətini qeyd edib.
“Turizm bu gün iqtisadiyyatın ən çox inkişaf edən sahəsidir. Statistik məlumatlara əsasən, hər il dünyada 1 mlrd.-dan çox insan aktiv turizmlə məşğul olur. Bu sayda turist axını müxtəlif mədəniyyətlər və icmalar arasında mövcud olan stereotipləri qırmağa kömək edir”,- deyə Əl-Naser qeyd edib.
Bununla əlaqədar olaraq BMT nümayəndəsi müxtəlif dövlətlər arasında mədəniyyət və turizm sahələrində tərəfdaşlığın inkişafının vacibliyini bildirib.
“Məqsədlərimizə çatmaq üçün biz dinc inklüziv cəmiyyətləri qoruyub saxlamalıyıq. 2015-ci ildən sonrakı dövr üçün qəbul edilmiş davamlı inkişaf proqramı insanları ayıran maneələrin aradan qaldırılmasına yönəlmiş 17 hədəfdən ibarətdir. Uğurlu mədəniyyətlərarası dialoqun təmin edilməsi üçün ümumi dəyərlərə əsaslanmaq vacibdir. Çünki mədəni, etnik və dini müxtəliflik ümumi sülhün inkişafının dayağıdır”, - deyə o əlavə edib.
Əl-Naser gənclərin bu proseslərə cəlb edilməsinin vacibliyini də vurğulayıb.
“Sülhün davamlı inkişaf proqramının 17 hədəfinə nail olmaq mümükündür. Bunun üçün mədəniyyətlər və dinlər arasında dialoq inkişaf etdirilməli, dinc cəmiyyətlər yaradılmalıdır”,- deyə natiq qeyd edib.
“Mədəniyyətlərarası dialoqun inkişafı həm müxtəlif xalqların yaxınlaşmasına xidmət edir, həm də dünyada yoxsulluğun səviyyəsinin azaldılmasına yönəldilıb”,- deyə tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq dünyada yaşayan xalqların bir-birlərinin mədəniyyət və ənənələrinə hörmət etməsinə yönəldilib.
Nazir, həmçinin turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
“Hazırda turizm iqtisadiyyatın neft və energetika sahələrindən də çox dövriyyəyə malik ən böyük sektorudur. Dünyanın bir çox nöqtələrində gərgin siyasi vəziyyətə baxmayaraq, heç bir hal insanların səyahət etmək istəyinə mane ola bilməz və buna görə də dünyada turistlərin sayında çoxalma müşahidə olunur”, - deyə Ə.Qarayev əlavə edib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət