Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhəri,Nəsimi rayonunda yerləşən “Millennium” kafesinin fəaliyyətində pozuntular aşkar edib. Bu barədə komitədən məlumat verilib.
“Müəssisə tərəfindən hazırlanmış “sezar” salatı və “həvəskar” kotletdən seçilmiş nümunələrin laboratoriyada aparılmış sınaqlarının nəticələrinə əsasən, məhsullar mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına görə standartların tələblərinə cavab verməyib”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, araşdırma zamanı müəssisədə ərzaq xammalı və hazır məhsulların mal qonşuluğu qaydaları gözlənilmədən eyni soyuducu kamerada saxlanıldığı, hazır məhsulların günlərlə soyuducuda qalaraq hər dəfə sifariş olduqca qızdırılaraq istehlakçıya təqdim edildiyi, qabların yuyulması zamanı normaların pozulduğu, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, lazımi sənədlərlə təmin olunmadığı müəyyən edilib.
Yoxlamalar zamanı, həmçinin kulinariya məhsullarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatlarının, texnoloji təlimat və resepturalarının, ət məhsullarının baytarlıq nəzarətindən keçməsi barədə sənədlərin və işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlərin olmadığı aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisə 5 min manat cərimə edilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət