Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujniyeks Gürcüstan vətəndaşları olan azərbaycanlı və ermənilərin bu ölkədə KİV-ə azad çıxışının olmamasından narahatdır.
“Mən bu məhdudiyyətlərdən narahatam”, - deyə N.Mujniyeks çərşənbə günü Riqada “Şərq Tərəfdaşlığı” ölkələrinin I media konfransında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin xüsusi müxbiri məlumat verir.
Qeyd olunan media-konfrans 21-22 may tarixlərində Latviya paytaxtında keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində keçirilir.
Bütövlükdə N.Mujniyeks “Şərq Tərəfdaşlığı” proqramına daxil olan bir sıra ölkələrdə mövcud vəziyyətlə bağlı narahatlıq ifadə edib.
“Fəaliyyət göstərdiyim dövrdə Belarusdan başqa, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin hər birində səfərdə oldum. Ümid edirəm ki, tezliklə Belarusa da səfər edə biləcəyəm”, - deyə komissar bildirib.
O qeyd edib ki, “Şərq Tərəfdaşlığı”na üzv olan bəzi ölkələrdə, xüsusilə Ukraynada KİV-lə bağlı vəziyyətin pisləşməsi müşahidə edilir.
“Bu yaxınlarda Buzinanın qətlə yetirilməsi jurnalistlərin həmin regionda olmasının nə dərəcədə təhlükəli olduğunu nümayiş etdirir”, - deyə N.Mujniyeks qeyd edib.
“Həmçinin mən Krımda vəziyyətə diqqət çəkməyə cəhd etdim, buradakı vəziyyət, xüsusilə də tatar televiziyasının nümayəndələrinin təhdid olunması məni çox narahat edir”, - deyə o əlavə edib.
Komissar vurğulayıb ki, Avropa Şurası “Şərq Tərəfdaşlığı”na üzv olan bütün ölkələrə yardım etməyə hazırdır.
“AŞ-də internetdə xüsusi platforma yaratdıq və burada jurnalistlər onları narahat edən problemlərini bölüşə bilərlər”, - deyə o qeyd edib.
Öz növbəsində Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli konfransda replika ilə çıxış edərək, N.Mujniyeksin respublikada KİV-lə bağlı səsləndirdiyi tənqidin əsassız olduğunu qeyd edib.
“Azərbaycanda KİV-lə bağlı vəziyyət digər ölkələrdə olduğundan pis deyil, bir sıra ölkələrdə isə bu sahədə vəziyyət daha kəskindir”, - deyən M.Ələsgərli vurğulayıb ki, AŞ komissarı çıxışında əsas diqqəti Azərbaycanı tənqid etməyə yönəldib, baxmayaraq ki, Qərb nümayəndələri konfransda çıxışları zamanı hətta öz ölkələrində də problemlərin mövcud olduğunu etiraf ediblər.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də çıxışında “Şərq Tərəfdaşlığı”na üzv olan bir sıra ölkələrdə KİV-lə bağlı problemlərlə əlaqədar narahatlıq ifadə edib.
““Şərq Tərəfdaşlığı” sammitindən öncə media-konfrans keçirmək qərarı artıq jurnalistika azadlığını ciddi qəbul etməyin lazım olmasından xəbər verir”, - deyə o vurğulayıb. Bununla yanaşı, D.Miyatoviç qeyd edib ki, “vəziyyəti eyni cür təsvir etmək olmaz, lakin mənzərə heç də ürəkaçan deyil”.
Öz növbəsində Latviya XİN-in baş katibi Andreys Pildeqoviçs “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropa ilə inteqrasiyasında KİV-in mühüm rolunu qeyd edib.
Latviya Seyminin spikeri İnara Murnietse qeyd edib ki “Şərq Tərəfdaşlığı” proqramının təsis edildiyi 2009-cu ildən etibarən bu məkanda təhlükəli hadisələr baş verib.
“Rusiyanın Şərqi Ukraynada təcavüzü yeni çağırışlara səbəb oldu”, - deyə o bildirib.
Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları məsələləri üzrə Avropa Komissiyası Direktorluğunun rəhbəri Kristian Danielsen onunla razılaşıb.
“Rusiya xüsusilə “Şərq Tərəfdaşlığı” ölkələri üçün müəyyən çağırışlar yaradır. Həmin ölkələrin hökumətləri müstəqil KİV-lərin fəaliyyətini və vətəndaşların məlumata çıxışını təmin etməlidirlər. Biz Avropa Komissiyası tərəfindən bu prosesdə iştirak edirik, həm siyasi səviyyədə, həm də texniki yardım çərçivəsində jurnalistlərə yardım edirik”, - deyə K.Danielsen bəyan edib.
“Şərq Tərəfdaşlığı” ölkələrinin Aİ ilə əməkdaşlığı barədə danışarkən, o qeyd edib ki, “azad KİV bu prosesin mühüm hissəsidir. Biz həmin məqsədlərə necə çata biləcəyimizi müzakirə etməliyik”.
Konfransda media, QHT və “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı ölkələrinin hökumətlərinin 350-dən artıq nümayəndəsi iştirak edir.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət