Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-ci ilin iyun ayında manatla istiqrazlar buraxmaq üçün Fəaliyyət Planını təsdiq etməyi planlaşdırır. Bu barədə AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn cümə günü “Səhm və istiqrazlar vasitəsi ilə maliyyələşdirmə və IPO” mövzusunda seminarda bildirib.
“Bizim bu sahədə mütəxəssislərimiz müntəzəm olaraq Azərbaycanda olurlar və bu məsələləri tənzimləyicilərlə müzakirə edirlər. Biz iyun ayında Fəaliyyət Planını qəbul etməyi planlaşdırırıq”,- deyə N.Makkeyn bildirib.
Bundan başqa, AYİB manatla istiqraz buraxmaq üçün Azərbaycan Mərkəzi Bankı ilə Anlaşma Memorandumu imzalamağa hazırlaşır.
Bununla yanaşı, o, bankın manatla istiqrazlarının nə zaman buraxılacağı barədə fikir bildirməyib.
Onun sözlərinə görə, AYİB AMB və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə manatla maliyyə vəsaitlərinin cəlb edilmə imkanlarının genişləndirilməsi üçün yeni alətlərin istifadə olunması məsələsini müzakirə edir.
“Biz milli valyutada maliyyə mənbəyi kimi müxtəlif alətlərdən istifadə edirik: valyuta faiz svopları, kredit xətləri, lokal istiqrazlar, avroistiqrazlar, veksellər, TSX xec fondları (valyuta risklərinin sığortalanması üzrə). Biz Azərbaycanda TSX istifadə edirik və mümkün alətlərin bütün spektrlərindən istifadə etmək üçün AMB və QKDK ilə danışıqlar aparırıq”,- deyə o qeyd edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət