Azərbaycanda yeni qaz mənbələrinin işlənməsi “Cənub Qaz Dəhlizi” ilə tədarük üçün ildə əlavə 10 mlrd. kubmetr qaz verə bilər. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) vise-prezidentinin müavini Vitali Bəylərbəyov "EurActiv” nəşrinə bəyan edib.
“Cənub Qaz Dəhlizi” layihəsi dinamik inkişaf edir və biz onu daha da təşviq edəcəyik. Bu dəhlizin gələcəyi kifayət qədər maraqlıdır və qaz mənbələrinin şaxələndirilməsi ilə əlaqədardır. Yeni qaz mənbələri sırasına “Total” və “Gas de France Suez” şirkətlərinin investor qismində çıxış etdikləri “Abşeron” qaz yatağı, investorları hələlik müəyyən olunmayan “İnam” və “Babək” strukturlarını aid etmək olar. Bu yataqlar “Cənub Qaz Dəhlizi” üçün ildə 10 mlrd. kubmetr qaz əlavə edə bilərlər”, - deyə V.Bəylərbəyov qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, qaz mənbələrinin diversifikasiyası digər ölkələrin hesabına da təmin edilə bilər.
“Mərkəzi Asiya qazı daha çox “Cənub Qaz Dəhlizi” vasitəsilə tədarükün növbəti əsas diversifikasiyası mənbəyi kimi qeyd olunur. Lakin bu halda “Cənub Qaz Dəhlizi”nin ötürmə qabiliyyətinin gələcəkdə genişləndirilməsi barədə danışmaq daha dəqiq olardı”, - deyə SOCAR-ın nümayəndəsi bildirib.
O əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dibi ilə Türkmənistandan (Azərbaycana - İF-Az) qaz nəqli üçün maneə görmür.
“Biz etiraf edirik ki, Azərbaycanın və Türkmənistanın sektorları arasında ayırıcı xətt müəyyən edilməyib. Lakin boru çəkilməsinin heç bir halda dənizin (Xəzər - İF-Az) hüquqi statusuna dəxli olmamalıdır. “Cənub Qaz Dəhlizi”ilə qaz yalnız Türkmənistandan daxil ola bilməz. İran qaz ehtiyatına görə dünyada 2-ci yerdədir. İraq, Suriya, hətta İsrailin də qaz ehtiyatları çoxdur”, - deyə V.Bəylərbəyov vurğulayıb.
O, həmçinin məlumat verib ki, hazırda Azərbaycan və Gürcüstanda boru kəməri infrastrukturunun tikintisi daxil olmaqla, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin reallaşdırılması çərçivəsində artıq $12 mlrd. vəsait yatırılıb və bütün işlərin 30%-i həyata keçirilib.
“Bu, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını dayandırmağın mümkün olmadığından xəbər verir. Bu layihə nəinki imzalanan sazişlər paketidir, söhbət yatırılan milyardlarla ABŞ dollarından gedir”, - deyə o vurğulayıb.
V.Bəylərbəyov qeyd edib ki, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qaz hasilatına başlanılması üçün son tarix 2018-ci il müəyyən edilib.
“2018-ci ildə bu qaz Türkiyəyə, Əskişəhərə daxil olacaq. Yunanıstan, Bolqarıstan və İtaliyada alıcılarımız 2020-ci ilin əvvəlində “Şahdəniz” yatağından qaz almağa başlayacaqlar”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, “Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin dəyəri $45-48 mlrd. təşkil edir. Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2019-cu ilin sonunda gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət