Dövlət Xüsusi Mühafizə Xidməti Energetika Nazirliyinə Cənubi Qafqaz Boru kəmərinin (Bakı-Gürcüstan-Türkiyə sərhədi) genişləndirilməsi istiqamətində xüsusi mühafizə zolağının yaradılması üzrə təklif irəli sürüb. Bu barədə nazirliyin məlumatında bildirilir.
“Təklif dünən nazirlikdə Kənd Təssərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidməti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də BP şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda irəli sürülüb”,- deyə məlumatda qeyd edilir.
Energetika naziri Natiq Əliyev qeyd edib ki, layihə üzrə işlər plan üzrə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib. Onun sözlərinə görə, ətraf və sosial mühitə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət məqsədi ilə bu kəmər də Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ilə eyni tikinti dəhlizində inşa olunub. Boru kəmərinin uzunluğu 691 km təşkil edir, onun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan ərazisində yerləşir.
“Neft-qaz layihələrinin 30 ilə hesablandığı əsas gətirilərək Qərb istiqamətində tikiləcək 86 keçidin saxlanması təklif edilir. Dövlət Xüsusi Mühafizə Xidməti layihə çərçivəsində təhlükəsizlik işlərinin yüksək səviyyədə təmini və asanlaşdırılması məqsədi ilə keçidlərin müvəqqəti deyil, uzunmüddətli tikilməsini vacib hesab edir”,- deyə məlumatda bildirilir.
İclasın yekunları üzrə irəli sürülən bütün təkliflərin öyrənilməsi, vəziyyətin təhlili və yekun təkliflərin hazırlanması barədə qərar qəbul edilib.
Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət