2015-ci ilin I rübündə pos-terminallar vasitəsilə Azərbaycanda həyata keçirilən nağdsız ödənişlərin həcmi 172 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 12% çoxdur. Bu barədə vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov məlumat verib.
“Statistik məlumatlara əsasən, ticarət və xidmət obyektlərində pos-terminalların tətbiqinin genişləndirilməsi nağdsız ödənişlərin həcminin artmasına müsbət təsir edir. Əgər 2014-cü ilin birinci rübündə pos-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 154 mln. manat təşkil edirdisə, 2015-ci ilin birinci rübündə bu rəqəm 172 mln. manat olub, yəni 12% artıb”, - deyə nazirliyin məlumatında İ.Əhmədova istinadən bidirilir.
Ticarət və xidmət şəbəkəsində pos-terminalların sayının artırılması məqsədilə 2014-cü ildən banklar tərəfindən Azərbaycana 75 min bu cür qurğu gətirilib. Bununla yanaşı, 2015-ci ilin əvvəlindən etibarən respublikada quraşdırılan pos-terminalların sayı 81,7 mindən 86 minə qədər artıb. Onların 62,4%-i Bakıda, 37,6%-i respublikanın regionlarındakı obyektlərdə quraşdırılıb.
Məlumatda qeyd olunur ki, 2015-ci ildə regionlarda pos-terminalların Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan, Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında fəal şəkildə quraşdırılması həyata keçirilib.
Nazirliyin məlumatına əsasən, may ayı ərzində nazirliyin əməkdaşları respublikada, xüsusilə Bakı və Mingəçevirdə 30,287 min obyektdə pos-terminalların vəziyyətinə baxış keçiriblər. Bununla yanaşı, 1,632 min pos-terminalda nasazlıq aşkar edilib, onlardan 1,43 min terminal təmirdən sonra ticarət şəbəkəsinə qaytarılıb.
Məlumatda vurğulanır ki, respublikada pos-terminalların sayının artması həm də Birinci Avropa Oyunları (12-28 iyun 2015-ci il) çərçivəsində Azərbaycana səfər edəcək turistlərə xidmətin asanlaşdırılması məqsədi daşıyır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət