Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) rabitə və informasiya texnologiyaları sahəsinin “Bakı-2015” Avropa Oyunlarına yüksək səviyyədə hazırlanması üzrə işləri başa çatdırıb. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu barədə cümə günü rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) və RYTN-in birgə iclasında bildirib.
“Oyunlar zamanı telekommunikasiya, televiziya və radio yayımları, internet və digər xidmətlərin göstərilməsi ilə bağlı bütün işlər artıq başa çatdırılıb”, - deyə Ə.Abbasov söyləyib.
Nazir, həmçinin qeyd edib ki, cümə günü səhər radiotezliklərdən və radioelektron vasitələrdən, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlığından maneəsiz istifadəni təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə baxış keçirilib.
Nazir müavini İltimas Məmmədov isə öz çıxışında bildirib ki, Avropa Oyunlarına hazırlıq çərçivəsində 300 km optik kabel və 5 km mis kabel çəkilib, biletlər və digər məsələlər, həmçinin Oyunlarla bağlı operativ informasiyanın ötürülməsi üçün çağrı mərkəzi yaradılıb.
O qeyd edib ki, iyunun 2-nə qədər əsas idman obyektlərində Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, BakıSu İdmanNövləriMərkəzi və H.Əliyev adına İdman Sarayında mobil rabitə operatorlarının hazırlıq işləri tamamilə başa çatacaq.
“Bundan başqa, vətəndaşların rahatlığı üçün mobil cihazların dövlət qeydiyyatı müddəti 30 gündən 60 günə qədər uzadılıb”, - deyə o qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət