Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hesab edir ki, Azərbaycan və Rusiya arasında dövlət və siyasi sərhədlər olsa belə, iki ölkənin xalqları arasında mənəvi sərhədlər yoxdur.
“Mənim 16 mükafatım var. Lakin mənim üçün ən dəyərliləri Rusiyada təltif olunduğum mükafatlardır. Bu ondan irəli gəlir ki, Sovet İttifaqında birgə yaşadığımız dövr ərzində ölkəni birgə qurmuşuq, birgə müdafiə etmişik, mənəvi-əxlaqi dəyərləri qorumuşuq. Mənim atam, Böyük Vətən müharibəsi veteranı, dəfələrlə bu qələbənin onlara nəyin bahasına başa gəldiyi, digər xalqların nümayəndələri ilə birgə ölkəni necə müdafiə etdikləri barədə danışıb. Bu gün aramızda dövlət və siyasi sərhədlər olsa belə, mənəvi sərhədlər yoxdur, onlar bizi birləşdirir və daha da yaxınlaşdırır”, - deyə A.Paşazadə Rusiya prezidenti adından Fəxri fərmanın RF səfiri Vladimir Doroxinin tərəfindən ona təqdim edilməsi mərasimində çıxışı zamanı bəyan edib.
QMİ sədri qeyd edib ki, bu gün Azərbaycanın Moskvadakı və Rusiyanın Bakıdakı səfirləri Polad Bülbüloğlu və Vladimir Doroxinin xüsusi xidmətləri var. “Onlar xalqlarımızın yaxınlaşması üçün əllərindən gələni edirlər. O cümlədən Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandrın etimad körpülərinin möhkəmlənməsində böyük xidməti var. Rusiya Federasiyası rəhbərliyi, ilk növbədə, dəfələrlə görüşdüyüm Vladimir Vladimiroviç Putinin mənə qarşı şəxsi münasibətini xüsusi qeyd etmək istərdim. Onun mənə göstərdiyi etimadı bütün fəaliyyətimlə doğrultmaq istəyirəm”, - deyə o bildirib.
“Cənab Putinin Heydər Əliyevi özünün müəllimi hesab etməsi və bunu hər zaman vurğulaması məni sevindirir. Bu gün V.Putinin hazırkı dövlət başçısı İlham Əliyevlə səmimi münasibətləri məni sevindirir. Allaha dua edirəm ki, bu münasibətlər daha da möhkəmlənsin. Həmçinin dua edirəm ki, buna pis münasibət bəsləyən qüvvələr haqq yoluna dönsünlər”, - deyə A.Paşazadə əlavə edib.
QMİ sədri Moskva və Bütün Rusiyanın patriarxı Kirilə iki ölkənin xalqlarının yaxınlaşması işinə verdiyi töhfəsinə görə minnətdarlığını bildirib.
Bundan başqa, A.Paşazadə Belarus prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib. “Bu yaxınlarda Belarusun ali ordeni ilə təltif olundum. Bu gün Belarusun səfiri Nikolay Patskeviç buradadır. Bu yaxınlarda Belarus prezidentinin anasının 90 yaşında vəfat etməsi barədə xəbər tutduq. QMİ-nin adından başsağlığı vermək istəyirəm. Belə ana bu cür siyasi xadim böyütdüyünə görə hər cür tərifə layiqdir”, - deyə dini lider qeyd edib.
QMİ sədri, həmçinin tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanova Qafqaz Müsəlmanları İdarəsi ilə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirib.
Öz növbəsində DQİDK-nı sədri M.Qurbanlı vurğulayıb ki, şeyxülislam konfessiyalararası əlaqələrin inkişafına böyük töhfə verir. “Bizim şeyxin bu gün RF-nin yüksək mükafatına layiq görülməsinə görə şadam. O, bütün mükafatlara layiqdir. Yaxşı işlər görən şəxs minnətdarlıq qazanır. Şeyx konfessiyalararası münasibətlərin və Azərbaycanda tolerantlığın inkişafı üşün çox işlər görür. Sizi həm islam, həm də xristian dünyasında yaxşı tanıyırlar. Bütün dini konfranslarda Azərbaycanı təmsil edirsiniz. İslama, Azərbaycana xidmət edirsiniz”, - deyə M.Qurbanlı vurğulayıb.
Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr isə vurğulayıb ki, A.Paşazadənin ali mükafatla təltif edilməsi təsadüfi deyil. “Çox hörmətli şeyxə ünvanlanan təbriklərə qoşuluram. Bu, təsadüfi deyil. Bu, RF prezidenti V.Putin tərəfindən verilən layiqli qiymətdir. QMİ sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri kimi şeyx müxtəlif din və xalqların nümayəndələrinin öz aralarında ümumi dil tapmaları, danışıqlar masası arxasında oturmaları üçün çox işlər görüb. Qafqazın bütün xalqları tərəfindən şeyxə verilən mükafatlar bunun bariz nümunəsidir”, - deyə arxiyepiskop vurğulayıb.
O xatırladıb ki, MDB Dinlərarası Şuranın liderlərinin son iclasında Rus Pravoslav Kilsəsinin rəhbəri Kiril “dinlərarası münasibətdə yeni istiqamət yaratdı”. “O bildirdi ki, biz, müxtəlif dinlərin nümayəndələri aramızda konstruktiv dinlərarası əməkdaşlıq yürütməyə məcburuq. Məhz Azərbaycan müxtəlif dinlərin bu cür konstruktiv əməkdaşlığının nümunəsidir. Bizdə, Azərbaycanda həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan tolerantlığın və əgər daha dəqiq termindən istifadə etsək, multikulturalizmin inkişafında liderə çevrilib”, - deyə yeparxiyanın rəhbəri əlavə edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət