Baki Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Fidan Səlim-zadə və Ümid Tərlanlı 20-25 may tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “Gələcək neft-qaz mühəndislərinin forumu”nda “SPE Azerbaijan”ın (Neft-qaz mühəndisləri cəmiyyəti) sponsorluğu ilə iştirak ediblər.
BANM-in mətbuat xidmətinin məlumatına görə, bu beynəlxalq tədbirdə bir sıra tanınmış şəxslər, SPE təşkilatının prezidenti Natan Mihan, SPE Çin bölməsinin prezidenti Zanq Ley, həmçinin Avropa və Asiyanın, o cümlədən Avstraliyanın ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak ediblər.
Forum çərçivəsində iştirakçılar üçün bir sıra tədbirlər təşkil olunub. Tələbələr öz ölkəsi, təmsil etdiyi ali təhsil müəssisəsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi, həmçinin SPE-nin BANM bölməsinin prezidenti Fidan Səlim-zadə təqdimatla çıxış edərək təmsil etdiyi bölmə haqqında forum iştirakçılarını məlumatlandırıb.
Təmsilçilərimiz forum çərçivəsində keçirilən müxtəlif yarışlarda iştirak ediblər, keçirilən “Neft-qaz mühəndisliyi üzrə bilik yarışı”nda BANM-i təmsil edən komanda yarımfinala vəsiqə qazanıb.
Forum çərçivəsində keçirilən “Mədəniyyət günü”ndə Azərbaycan təmsilçiləri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, musiqisi, incəsənəti, milli dəyərləri, həmçinin Azərbaycan mətbəxi haqqında geniş məlumat veriblər.
BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ümid Tərlanlı tədbir iştirakçılarına Azərbaycan haqda geniş məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışıb. Tədbirin bədii hissəsində Ü.Tərlanlı Azərbaycan milli rəqsini nümayiş etdirib. Azərbaycan milli musiqisi və rəqsi auditoriyada geniş maraq oyadıb, tədbir iştirakçıları bu çıxışı gurultulu alqışlarla qarşılayıblar. Tədbirdə, həmçinin Azərbaycan milli mətbəxinə aid müxtəlif nümunələr, şirniyyat təqdim olunub.
Tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı tədbir iştirakçılarında böyük maraq oyadıb, onların Azərbaycanı daha yaxından tanımasına imkan yaradıb. Hətta bəzi xarici ölkə nümayəndələri gələcək beynəlxalq tədbirlər çərçivəsində Azərbaycana gələrək ölkəmizi daha yaxından tanımağa maraq göstərdiklərini də qeyd ediblər. Tədbirdə iştirak edən qonaqlar Azərbaycanın təqdimatının digər ölkələrdən daha maraqlı keçdiyini və bu ölkənin onlarda daha çox maraq oyatdığını bildiriblər.
Qeyd edək ki, tədbirdə ölkəmizin bəzi digər ali məktəblərinin tələbələri də iştirak ediblər.
Y.Əliyev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət