Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış və abidəsi önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilibr.
General-polkovnik E.Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir, məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının Ümummilli liderin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu bildirib. Məzunların bu xüsusi təyinatlı ali təhsil müəssisəsində aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri gənc zabit kimi vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacağı vurğulanıb.
Qeyd edilib ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Məhz buna görə də Ümummilli liderin təşəbbüsü ilə belə bir Akademiya yaradılmış və burada gənc zabitlərə xüsusi xidmətin təkrarsız ustadı olan H.Əliyev məktəbinin dərslərini almaq şərəfi nəsib olub. Bu xüsusi təyinatlı ali təhsil ocağı iftixarla Ulu öndərin adını daşıyır, onun vətənpərvərlik və peşəkarlıq irsinə daim sadiqdir.
Ölkənin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şəxsin dərin biliyi, məsuliyyəti və vətənpərvərliyi ilə seçilməli olduğunu qeyd edən general-polkovnik E.Mahmudov, bütün bunların öz növbəsində hər bir zabitdən əzmkarlıq və qətiyyət tələb etdiyini, eyni zamanda, bu sahədə Akademiyanın rəhbərliyinin və kollektivinin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirib. MTN-in H.Əliyev adına Akademiyası indi təlim-tədrisin və xidmət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Gələcək əməkdaşların yüksək peşə, fiziki, mənəvi-psixoloji hazırlığı üçün burada hər cür imkanlar var. İntellektual vəsait imkanlarının və maddi-texniki bazanın daim gücləndirilməsi, eləcə də digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Xüsusilə son 10 ildə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Akademiya böyük inkişaf yolu keçib.
Nazir E.Mahmudov bildirib ki, əldə olunan nəticələrdə prezident İ.Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən onun xüsusi təyinatlı Akademiyasına göstərdiyi qayğı və diqqətinin böyük rolu var. Bu bütün şəxsi heyəti ruhlandırır. Ümumiyyətlə, ölkə gənclərinin daim dövlətçilik prinsipləri üzrə tərbiyəsi və onların sabitlik, inkişaf və yeniləşmə siyasətində fəal iştirakları Azərbaycanın gələcəyinə böyük inam yaradır. Dövlətimiz hər zaman gənclərin problemləri ilə məşğul olur, onların hərtərəfli inkişafına diqqət göstərir.
Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin rəhbərliyi ilə hazırlanmış müxtəlif Dövlət Proqramları sayəsində gənclər siyasəti uğurla həyata keçirilir. Vətənpərvərlik və dövlətçilik ideallarına sədaqət, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət isə həmişə ön sırada durur. Nazir bildirib ki, azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları hər zaman ölkəmizin uğurlarının stimulu və rəhnidir. Bu mənada, milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu ölkə rəhbərliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ardıcıl siyasətinə əlverişli şərait yaratmaqdır. Bu, hər bir əməkdaşın bir nömrəli vəzifəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyevin dediyi kimi: “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, indi Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”.
Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malikdir. Bunu rəqiblərimiz də etiraf edirlər. Ötən dövr ümumən ölkə, həmçinin Milli Təhlükəsizlik Nazirliyi üçün uğurlu olub. Dünyada və regionun bir çox yerlərində qaynar nöqtələrin və böhranların olmasına baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurlar qazanır. Biz qürur duyuruq ki, bu inkişafda Milli Təhlükəsizlik Nazirliyinin də öz rolu və yeri var. Səmərəli fəaliyyətimizin ən başlıca məqsədi isə Azərbaycanın sabit, daim tərəqqi edən təhlükəsiz dövlət imicinin qorunub saxlanması və bugünki dinamik inkişafa töhfə verməkdir.
Qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi effektiv tədbirlər nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miq¬rasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə ardıcıl uğurlar əldə edilir. Əlbəttə, təhdidlərin artması milli təhlükəsizliyə cavabdeh orqanlardan yüksək peşəkarlıq, bilik, çeviklik və səriştə tələb edir. Gənc əməkdaşlar vəzifə borcuna ilk gündən məsuliyyətlə yanaşmalı, biliklərini, dünyagörüşlərini daim artırmalı, yeni texnologiyaları mənimsəməlidirlər. Eyni zamanda, onlar hər cür yad ideologiyalardan uzaq durmalı, milli maraqların qorunmasında başqalarına nümunə olmalıdırlar. Akademiyada təhsil alan və Milli Təhlükəsizlik Nazirliyində yeni işə qəbul edilmiş gənclər məhz bu ruhda yetişir. Milli təhlükəsizlik orqanlarına işə qəbulda vətənpərvərlik, dövlətçiliyə və müstəqilliyə sədaqət, intellektual səviyyə əsas şərtdir. Kadrların təkmilləşdirilməsində müasir texnologiyaları, xarici dilləri öyrənmək və sair bu kimi tədbirlər daim diqqət mərkəzində saxlanılır.
E.Mahmudov bir neçə gündən sonra idman tarixində birinci dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin hərtərəfli və yüksək səviyyədə baş tutması üçün geniş hazırlıq işlərinin görüldüyünü, o cümlədən təhlükəsizlik üzrə bütün aidiyyəti orqanların qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edib. Azərbaycanda beynəlxalq səviyyəli bu cür idman tədbirinin uğurla keçirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər olunmalı, ilk Avropa Oyunlarının sülh, dostluq və əməkdaşlıq bayramına çevrilməsində bütün səylər birləşdirilməlidir.
E.Mahmudov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək Azərbaycan prezidenti İ.Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışıb. General-leytenant Ziya Yusif-zadə sıralarında Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailliyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb. O bildirib ki, müstəqil Azərbaycanı bizlərə bəxş etmiş Ulu öndər H.Əliyevin “Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları hərtərəfli əməliyyat biliklərinə malik olmaqla yanaşı, vətənimizin daxili və xarici siyasətini, beynəlxalq aləmdə cərəyan edən prosesləri daim izləməli xalqımıza, dövlətimizə hədsiz sədaqətli olmalıdırlar. Sədaqət, sayıqlıq, vətənpərvərlik sizin fəaliyyətinizin əsas devizi olmalıdır” milli təhlükəsizlik orqanları əməkdaşları haqda atalıq qayğıkeşliyilə deyilmiş bu qiymətli kəlamları bugünki məzunlar özlərinin gələcək fəaliyyətlərində Akademiyada aldıqları biliklərə əsaslanaraq daim rəhbər tutacaq və qarşılarında qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklər.
Akademiyanın məzunları leytenant Kamal Qəmbərli və leytenant Aslan Həmidov çıxış edərək, Ümummilli lider H.Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildiriblər. Gənc zabitlər Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İ.Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Sonra milli təhlükəsizlik naziri E.Mahmudov və general-leytenant Z.Yusif-zadə Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər. Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir E.Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib. Ulu öndər H.Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilib.
Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri E.Mahmudov məzunların valideynləri ilə görüşüb.
F.İsazadə
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət