Azərbaycan nümayəndə heyəti bazar ertəsi Moldovanın paytaxtı Kişineu şəhərində öz üçgünlük işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclasında iştirak edir. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.
Tədbirdə QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri Musa Quliyev və nümayəndə heyətinin üzvləri Ayaz Orucov, Jalə Əliyeva, Mixail Zabelintəmsil edirlər.
Tədbir çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 52-ci Büro iclası keçiriləcək. İclasda təşkilatın hesabatı dinləniləcək, strukturun statusunun artırılması məsələsinə baxılacaq.
M.Quliyev “QDİƏT 2012-nin iqtisadi gündəliyinin həyata keçirilməsində parlamentlərin töhfəsi: cari vəziyyət və gələcək perspektivlər” mövzusuna həsr olunan ümumi diskussiyalarda çıxış edəcək.
Bundan başqa, M.Quliyev QDİƏT PM-in İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri qismində “QDİƏT-ə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişafı və möhkəmlənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzəyə dair tövsiyə qərarını təqdim edəcək.
Azərbaycanın nümayəndə heyətinin Moldovaya səfəri iyunun 12-dək davam edəcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət