Bakı Metropoliteni Fransanın “Alstom” şirkəti ilə Rusiyanın “Metrovaqonmaş” MMC şirkətinin birgə istehsalı olan, hər biri 5 vaqondan ibarət 3 qatarı xəttə buraxıb. Bu barədə “Alstom” şirkətinin məlumatında deyilir.
“Müqavilənin dəyəri 18 mln. avro təşkil edir. Qatarlar bütün test sınaqlarından uğurla keçib və metronun qırmızı və yaşıl xətlərində sərnişinlərə xidmət göstərəcək. Yeni metro vaqonları “Metrovaqonmaş” MMC ilə 81−760Б/761Б/763Б modelinin bazasında yaradılıb”,- deyə məlumatda bildirilir.
Qeyd edilir ki, bütün vaqonlar kondisionerlə təmin edilib. Azərbaycanda ilk dəfə olaraq metro qatarlarında sərnişin axınının optimallığını təmin etmək üçün vaqonlararası keçid və hərəkət zamanı sərnişinlərin təhlükəsilziyini təmin etmək üçün qapıların yaxınlığında şaquli tutacaqlar qoyulub. Vaqonlararası keçid sayəsində qatarın tutumu 1,047 min sərnişinə çatıb.
“Yeni vaqonlar Bakı metrosunda gediş-gəlişi daha rahat və təhlükəsiz edəcək, bu qatarlar ən sərt keyfiyyət nəzarətindən keçirilib və ən yüksək standartlara cavab verir. Bununla yanaşı, biz əldə olunmuş uğurlarla kifayətlənmək niyyətində deyilik və Bakı Metropoliteni ilə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Biz gələcəkdə müasir vaqonlar nəql etməyə hazırıq və Azərbaycanda vaqonların birgə istehsalını təşkil etməyi düşünürük”, - deyə məlumatda “Alstom Transport” şirkətinin MDB-dəki vitse-prezidenti Marten Vojura istinadən bildirilir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir.2010-cu ildə Bakı metrosunun mərhələli inkişafına dair 20 illik Dövlət Proqramı təsdiq edilib. Proqramda 2030-cu ilə qədər 53 yeni stansiyanın və 84,3 km uzunluğunda yeni xətlərin tikintisi nəzərdə tutulub. Ümumilikdə 2028-ci ilə qədər 1100 metro vaqonunun dəyişdirilməsi planlaşdırılır. Yaxın vaxtlarda yeni tikilən xətlər üçün yeni dəmiryol nəqliyyatı vasitələri alınacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət