Ötən il Gədəbəy Qızıl Mədənində çıxarılan qızılın 60 min unsiyası Azərbaycan brendi ilə dünya bazarlarına çıxarıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna “Azərbaycan İnternational Mining Company Limited” şirkətinin koordinatoru Rövşən Kazımov xəbər verib.
“Əldə olunan külçələr doremetal adlı külçələrdir ki, onların tərkibinin 70-80%-ni qızıl metalı təşkil edir. Biz bu külçələri xaricə göndəririk və orada qızıl külçələr tam saflaşdırıldıqdan sonra “Aurum” brendi adı altında satışa çıxarılır", – deyə “Azərbaycan İnternational Mining Company Limited” şirkətinin koordinatoru Rövşən Kazımov bildirib.
400 hektar ərazini əhatə edən Gədəbəy Qızıl Mədənində 500-ə yaxın insan çalışır.
“Bu il istehsal gücünü artırmaq niyyətindəyik. Dağlarda geoloji kəşfiyyat işləri aparmaqla yanaşı, qızıl və mislə zəngin filizin əldə olunması üçün şaxtalardan istifadə edilir. İlkin olaraq dərinliyi 1 kilometr, uzunluğu isə 800 metr olan şaxtadan bu günədək 200 ton filiz çıxarılaraq emal edilib”, – deyə R.Kazımov vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan İnternational Mining Company Limited” şirkəti üzərinə götürdüyü öhdəliyə əsasən Gədəbəyin bir neçə kəndində icma layihələri həyata keçirir. Bura yaşayış massivlərinə yolun, suyun çəkilməsi və digər sosial layihələr daxildir.
F.Mehdiyev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət