Azərbaycanda siyasi məhbus problemi yoxdur. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə hesab edir.
“Azərbaycanda siyasi məhbus yoxdur və ölkədə insan hüquqları tam təmin edilir”, - deyə Ə.Həsənov cümə axşamı mətbuat konfransında bəyan edib.
Azərbaycanın artıq 15 ildir Avropa Şurasını üzvü olduğunu qeyd edən yüksək rütbəli məmur vurğulayıb ki, “bu və ya digər məhkəmə hökmləri ilə razı olmayanlar qərarlarla bağlı Avropa Məhkəməsinə şikayət edilə bilər”.
Onun sözlərinə görə, Azərbaycan demokratik prinsiplərə uyğun inkişaf edən hüquqi dövlətdir.
“Azərbaycan hakimiyyəti bu iddiadadır ki, ölkədə siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Heç kəsin Azərbaycanda azad məhkəmələrin fəaliyyətini şübhə altına almaq hüququ yoxdur”, - deyə Ə.Həsənov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda insanlar azad siyasi fəaliyyət göstərirlər.
“Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Onların nümayəndələri seçkilərdə iştirak etməkdə, etiraz aksiyalarının, yürüşlərin keçirilməsində tam sərbəstdirlər. Bununla əlaqədar bəyan edə bilərəm ki, Qərbin bəzi dairələri tərəfindən Azərbaycanda siyasi məhbusların olmasına dair həyata keçirdikləri antikampaniya tam əsassızdır”, - deyə prezidentin köməkçisi bəyan edib.
Ə.Həsənov Qərb dairәlәrinin Avropa Oyunlarını siyasilәşdirmәk cəhdlərini əsassız adlandırıb.
“Bizə məlumdur ki, son zamanlar bir sıra Qərb və Amerika QHT, həmçinin hüquq müdafiə təşkilatları Azərbaycana və ölkənin müstəqil siyasətinə qarşı yönələn fəal kampaniya aparırlar, bizə təzyiq göstərmyə çalışırlar. Bu hərəkətlərə reaksiyamızı açıq şəkildə bildirməməyə çalışırıq, müstəqil siyasətimizi yürüdürük”, - deyə o bildirib.
Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasətin əsas prioritetləri demokratiya, sivil əməkdaşlığın inkişafı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla bərabər və qarşılıqlı faydalı tərəfdaşlıqdır.
“Azərbaycana qarşı qarayaxma siyasətinin aparılmasına görə təəssüflənirik və hamını bu cür kampaniyalardan imtina etməyə çağırırıq”, - deyə Ə.Həsənov qeyd edib.
Öz növbəsində gənclər və idman naziri Azad Rəhimov bəyan edib ki, istənilən qüvvələrin Avropa Oyunlarını siyasiləşdirmək cəhdləri iflasa məhkumdur.
Onun sözlərinə görə, bəzi KİV-lər tanınmış siyasi və idman xadimlərinə istinadən Avropa Oyunlarının boykot edilməsi çağırışları ilə bağlı məlumatlar dərc ediblər, yoxlama zamanı bu cür məlumatların yalan olduğu aşkar edilib.
“Biz bu cür cəhdlərə (siyasiləşdirmək - İF-Az) qarşı çıxış edirik. Avropa Olimpiya Komitəsinin prezidentinin bəyan etdiyi kimi, əsas məqsədimiz Oyunlar, idmançılar, gələcək nəsillərə qayğı göstərməkdir”, - deyə o vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət