Bank VTB (Azərbaycan)-ın treninq-mərkəzində Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktından (FATCA) irəli gələn tələblərin icra edilməsi mövzusunda seminar keçirilib. Seminar Komplaens və Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi ilə mübarizə (ÇPY/TM) şobələri tərəfindən təşkil edilib. Seminar çərçivəsində korrupsiya ilə mübarizə siyasəti, maraqların münaqişəsinin həlli barədə qaydalar kimi mövzulara toxunulub.
“Komplaens mədəniyyətinə riayət etmək bankın fəaliyyətinin tərkib hissəsidir. Hazırda əməkdaşlarımız qarşısında duran əsas məsələ bütün müştərilər tərəfindən ÇPY/TM və FATCA üzrə sual kitabçalarının tam şəkildə doldurulmasında əmin olmaqdır ki, heç bir sual cavabsız qalmasın. Seminar komplaens sahəsində bir sıra vacib məsələlərə aydınlıq gətirməyə, nöqsanların aradan qaldırılması haqda FATCA və ÇPY/TM məsələləri üzrə tənzimləyici olan AR Vergilər Nazirliyinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinq xidmətinin tövsiyələrini təhlil etməyə imkan verib“ - deyə, bank VTB (Azərbaycan)-ın Komplaens şöbəsinin rəisi Cəmilə Abdullayeva bildirib.
Seminarda FATCA və ÇPY/TM üzrə 17 məsul əməkdaş iştirak edib ki, onlar arasında Gəncə, Sumqayıt və Xırdalan filiallarının işçiləri də olub.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət