Azərbaycan prezidenti İlham Əliyev respublikanın bir sıra kəndlərinin adlarının dəyişdirilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Bu barədə çərşənbə günü rəsmi mətbuat məlumat verir.
Sərəncama əsasən, Azərbaycanın Ağcabədi, Ağdam, Ağdaş, Astara,Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzikəndlərinin adları dəyişdirilir.
Ağcabədi rayonu üzrə: Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi tərkibindəki Qiyaməddinli kəndi Yuxarı Qiyaməddinli kəndi adlandırılıb.
Ağdam rayonu üzrə: Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindəki Baharlı kəndi Gül Baharlı kəndi adlandırılıb.
Ağdaş rayonu üzrə: Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniarx kəndi Aşağı Qobuüstü kəndi adlandırılıb.
Astara rayonu üzrə: Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılıb.
Bərdə rayonu üzrə: Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılıb.
Cəlilabad rayonu üzrə: Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Kövüzbulaq kəndi Soyuqbulaq kəndi, Badamağac kəndi Güneyli kəndi, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Çəmənli kəndi adlandırılıb.
Gədəbəy rayonu üzrə: Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi, Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi, Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi, Şahdağ kənd inzibati ərazi dairəsi tərkibindəki Arabaçı kəndi Çiçəkli kəndi adlandırılıb.
Göyçay rayonu üzrə: Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılıb.
Xaçmaz rayonu üzrə: Qalağan kənd inzibati ərazi dairəsi tərkibindəki İlxıçı kəndi Məmmədxanlı kəndi adlandırılıb.
İsmayıllı rayonu üzrə: Müdri kənd inzibati ərazi dairəsi tərkibindəki Cülyan kəndi Yuxarı Cülyan kəndi adlandırılıb.
Kəlbəcər rayonu üzrə: Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi, Daşbulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Günəşqaya kəndi, Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi, Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılıb.
Kürdəmir rayonu üzrə: Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabucaq kəndi Axtaçı Qarabucaq kəndi adlandırılıb.
Quba rayonu üzrə: Amsar kənd inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi Yuxarı Digah kəndi adlandırılıb.
Laçın rayonu üzrə: Zerti kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbulaq kəndi Sarıbaba kəndi adlandırılıb.
Tərtər rayonu üzrə: Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi, Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılsın və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilir, Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi, Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi, Düyərli kənd inzibati ərazi dairəsi tərkibindəki Sarıcalı kəndi Yuxarı Sarıcalı kəndi, Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi Yuxarı Qaradağlı kəndi adlandırılıb.
Ucar rayonu üzrə: Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılıb.
Zaqatala rayonu üzrə: Dombabinə kənd inzibati ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılsın və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi, Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılsın və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilir.
R.Babayev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət