“Bakı-2015” I Avropa Oyunları dünyanın 145 ölkəsinə yayımlanır. Bu barədə Beynəlxalq İdman Yayımı (“International Sports Broadcasting” (ISB)) şirkətinin prezidenti Manolo Romeroməlumat verib.
“İştirakçı 50 Avropa ölkəsindən 45-i Oyunları yayımlayır. Bundan başqa, Avropa hüdudlarından kənarda olan 100 ölkə də Oyunları izləyir”, - deyə ISB-nin prezidenti cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrindən Malta, İslandiya, Bosniya vә Herseqovina, Montoneqro vә Makedoniyada yayım həyata keçirilmir.
“70 ölkə, o cümlədən 40 Avropa ölkəsi Oyunların açılış mərasimini canlı yayımda izləyib. Ərəb dövlətlərində Oyunların açılışına böyük maraq olub. Ərəb ölkələrində 10 mln.-dan artıq tamaşaçı Avropa Oyunlarının açılış mərasimini canlı yayımda izləyib”, - deyə M.Romero qeyd edib.
ISB-nin prezidenti bildirib ki, Avropa ölkələrində Oyunlarının gündəlik yayımı orta hesabla 5-7 saat, digər ölkələrdə isə 2 saat təşkil edir.
“Bundan başqa, I Avropa Oyunlarında müxtəlif idman növlərində yarışlar rəqəmsal kanallar vasitəsilə də yayımlanır”, - deyə M.Romero vurğulayıb.
“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq isə bildirib ki, cümə axşamı Oyunlarda 16 dəst medal uğrunda mübarizə aparılacaq.
“Bu günə qədər I Avropa Oyunlarında 71 dəst medalın sahibləri müəyyən edilib”, - deyə o qeyd edib.
S.Kleqqin sözlərinə görə, çərşənbə günü 32 min tamaşaçı yarışları izləyib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət