Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova azərbaycanlı həmkarı Vüqar Gülməmmədovla görüş zamanı irimiqyaslı idman tədbirlərinin auditinin keçirilməsi təcrübəsinin mübadiləsini təklif edib. Bu barədə RF Hesablama Palatasının məlumatında qeyd edilir.
“Biz bu cür tədbirlərin müşayiəti və yoxlanılmasına dair müəyyən təcrübə toplamışıq”, - deyə T.Qolikova bildirib.
Hazırda Azərbaycanda I Avropa Oyunları başa çatmaq üzrədir.
Bundan başqa, T.Qolikova və V.Gülməmmədov Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərdə irəliləyişin olduğunu qeyd ediblər. Tərəflərin qarşılıqlı rəyinə əsasən, bu irəliləyişin mühüm komponentini Rusiya və Azərbaycanın ali maliyyə nəzarət orqanlarının əməkdaşlığı təşkil edir.
“Bizim nəzarət idarələrimiz müəyyən edilmiş siyasi vektora əməl edirlər və mövcud səlahiyyətlərə uyğun olaraq həm ikitərəfli aspektdə, həm də regional qarşılıqlı əlaqə çərçivəsində, həmçinin MDB miqyasında dövlətlərarası münasibətlərin bütün mürəkkəb kompleksinin inkişafına töhfə verirlər”, - deyə T.Qolikova bildirib.
Bununla yanaşı, görüş iştirakçıları müasir reallıqlar nəzərə alınaraq idarələrarası münasibətlərin aktivləşməsi və genişlənməsinin zəruriliyini qeyd ediblər.
“Zaman qarşımıza yeni tələblər və vəzifələr qoyaraq irəliləyir”, - deyə Rusiyanın Hesablama Palatasının sədri vurğulayıb.
Görüş zamanı tərəflər paktiki təcrübədən başlayaraq birgə və paralel nəzarət tədbirlərinin keçirilməsinə qədər gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər. Bununla yanaşı, Azərbaycanın nümayəndə heyəti Rusiyanın nəzarət idarəsinin metodoloji bazasının öyrənilməsinə böyük maraq göstərib.
Xəbər verildiyi kimi, görüşdə Azərbaycan və Rusiya Federasiyasının Hesablama palataları arasında qarşılıqlı əməkdaşlıq haqqında yeni saziş imzalanıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət