Azərbaycan deputatları Bakını qaralamaq istəyən istənilən cəhdə qarşı dayanmağa hazırdırlar. Bunu Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Qərb dairələrinin I Avropa Oyunları zamanı apardıqları anti-Azərbaycan kampaniyası ilə bağlı “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən söyləyib.
“Sessiyanın gündəliyinə bununla bağlı məsələ daxil edilməyib. Lakin əgər kimsə öz çıxışında anti-Azərbaycan təbliğatı yürüdən şəxsləri dəstəkləməyə cəhd göstərsə, bizdən adekvat cavab alacaq”, - deyə B.Muradova qeyd edib.
O deyib ki, kimsə I Avropa Oyunlarını televiziya, KİV, internet vasitəsi ilə izləyibsə və müsbət fikir bildirəcəksə, “biz onlara təşəkkür edəcək və əlavə informasiya verəcəyik”.
Vitse-spiker söyləyib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasının gündəliyinə daxil edilmiş bütün məsələlərin müzakirəsində iştirak edəcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət