Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirmələrinə görə, Azərbaycanın sığorta sektoru stabildir və yaxşı kapitallaşdırılıb. Bu barədə maliyyə naziri Samir Şərifov cümə axşamı Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.
“Azərbaycanın sığorta sektoru stabildir, yaxşı kapitallaşdırılıb və yüksək gəlirlidir. Bu barədə Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanın maliyyə sektorunun II qiymətləndirilməsində (FSAP) qeyd edilir”, - deyə S.Şərifov qeyd edib.
Xəbər verildiyi kimi, cari ilin yazında BVF-nin keçirdiyi Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsinin nəticələri 2015-ci ilin sentyabr ayında dərc olunacaq.
Nazir deyib ki, milli valyutanın devalvasiyası (2015-ci ilin fevral ayında 33,5% - İF-Az) bank sektoru və bütövlükdə maliyyə sektoruna mənfi təsir göstərib.
Onun sözlərinə görə, bu şəraitdə sığorta şirkətləri cari vəziyyəti dərindən təhlil etməli, bazarda yeni şərait yaradan risk və potensialı öyrənməlidirlər.
VI Beynəlxalq Sığorta Forumu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilir.
250-dən artıq qonağın iştirak etdiyi forumda sığorta birliyi ilə yanaşı, banklar, dövlət sektoru, beynəlxalq maliyyə institutları və digər təşkilatlar təmsil olunur.
Forumda sığorta perspektivləri və böhran şəraitində yeni sığorta məhsullarının yaradılması, əmlak sığortası, kənd təsərrüfatı risklərinin sığortası, avtomobil sığortası, bank sığortası, həyat sığortası ilə bağlı məsələlər müzakirə olunacaq.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət