“Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüflər olsun ki, həmin komitə tərəfindən qeyri-ciddi yanaşmaya görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib. Dəfələrlə bəyan etmişik ki, biz həmin əməkdaşlıq komitəsinin daha canlı, daha məqsədyönlü olmasını və qanunlarla bağlı olan məsələləri müzakirə etmək istəyirik.”
AVRONEST Parlament Assambleyası və Avropa Parlamentindəki Azərbaycan nümayəndə heyətinin üzvi Fuad Muradovhər iki qurumda ölkəmizlə bağlı münasibətləri belə dəyərləndirib.
“Amma Avropa Parlamentində oturan insanlar son illərdə heç bir konkret işlə məşğul olmaq istəmir. Yalnız boğazdan yuxarı bəyanatlar, Azərbaycanla bağlı heç bir əsası olmayan iradlar qeyd edilir. Biz heç kimin dalınca qaçası deyilik. Biz tam hüquqlu, bərabər fəaliyyət göstərməyə, əməkdşalıq etməyə hazırıq. Amma bəzi dairələrdə belə bir fikir var ki, kiminsə dediyi ilə oturub durmalıyıq, bu tamamilə səhv yanaşmadır”.
Fuad Muradov qeyd edib ki, AVRONEST Parlament Assambleyası yaranan zaman onlar qurumda münaqişə, demokratiya, insan haqları, elm, Azərbaycanla bağlı məsələləri populizimdən uzaq şəkildə müzakirə etməyə ümid ediblər:
“AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədriyəm. Bizim təşəbbüsümüzlə iki il dalbadal enerji təhülkəsizliyi ilə bağlı seminarlar keçirildi. Burada QHT-lər, Avropa Parlamentinin deputatları iştirak etdi. Belə bir qurum ola-ola Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanla bağlı məsələni müzakirə edəndə, bu quruma müraciət etmirlər, onun fikrini öyrənmirlər, özləri bir araya gəlir, 5-6 nəfər müzakirə edir, özlərinə əl çalır və bununla da işi bitirirlər. Avropa Parlamentində bəzi dairələr var ki, onlar daima bu gərginliyi saxlamaq istəyirlər. Səbəb isə bəllidir. Birincisi Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi işlər həyata keçirir.
Əminəm ki, o dairələr buna da qarşıdırlar. İkincisi, Azərbaycan stabil ölkədir. Oradakı qüvvələr regionda stabilliyi istəmirlər. Üçüncüsü, bu gün erməni lobbisi çox fəaldır. Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatlıqla qarşılayır və hiss edir ki, yaxın zamanda işğal altındakı torpaqlarımızı qaytaracağıq. Erməni lobbisi bununla bağlı qeyri-siyasi dairələrlə birləşərək Azərbaycana qarşı belə mövqe sərgiləyir”.
Azərbaycanın heç bir Avropa təşkilatına ehtiyacı olmadığını vurğulayan Fuad Muradov bildirib ki, onlardan yalnız bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi istənilir:“Bu baş verəcəksə, fəaliyyətimizi davam etdirəcəyik. Bu seçim onların üzərinədir. Biz onlarla əməkdaşlığa hazırıq və imkanlarımız da var. Biz iş istəyirik, onlar tərəfindən bəyanatların səslənməsini yox”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət