Hakim Yeni Azərbaycan Partiyası bu ilin noyabr ayında keçiriləcək növbəti parlament seçkilərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın namizədliyini irəli sürə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
“Yeni Azərbaycan Partiyasının çoxsaylıüzvləri Leyla Əliyevanı Milli Məclisdə deputat kimi görmək istədiklərinə dair müraciətlər edirlər. Əgər o özü razılıq versə, o zaman partiya yekdilliklə növbəti parlament seçkilərində onun namizədliyini irəli sürə bilər”, - deyə Milli Məclisin deputatı S.Novruzov qeyd edib.
Onun sözlərinə görə, L.Əliyevanın namizədliyinin irəli sürülməsinə dair təkliflər YAP-ın yerli strukturları tərəfindən də daxil olur.
“Partiya üzvlərinin arzusu budur. Bu məsələ YAP sədrinin qərarından da asılıdır”, - deyə S.Novruzov əlavə edib.
Leyla Əliyeva Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin böyük qızıdır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət