Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2015-ci ilin I yarısında vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 998 cinayət işi açıb. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin I yarısında departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 351 cinayət işi açıb. Beləliklə, 2015-ci ilin yanvar-iyun ayları ərzində açılan cinayət işlərinin sayı 2,8 dəfə artıb.
Hesabat dövründə 203 cinayət işi qanunsuz sahibkarlıq və vergidən yayınma, 769 cinayət işi vergilərin ödənilməməsi, yerdə qalan cinayət işləri isə digər faktlarla əlaqədar açılıb.
Yanvar-iyun ayları ərzində 385 cinayət işi (artım 2 dəfə) üzrə ibtidai istintaq başa çatıb, 37 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
2015-ci ilin I yarısında ibtidai istintaq zamanı cinayət işləri üzrə təqsirkar olan şəxslərin bəziləri dəymiş ziyanı ödəyiblər. Onlar tərəfindən dövlət büdcəsinə ödənişlərin həcmi 26 mln. 366,9 min manat təşkil edib, bu isə ötən ilin birinci yarısının göstəricisindən 4,8 dəfə çoxdur.
Cari ilin yanvar-iyun aylarında vergi cinayətlərinə görə axtarışda olan 24 nəfər saxlanılıb. Vergidən yayınan, fəaliyyəti barədə bəyannamə təqdim etməyən və əmlakının siyahıya alınmasına imkan verməyən 149 nəfər vergi ödəyicisi aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və həmin il avqustun 30-da fəaliyyətə başlayıb. 2014-cü ildə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 971 cinayət işi açıb
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət