Azərbaycanlı karateçilər gələcəkdə də böyük beynəlxalq yarışmalarda ölkəmizi uğurla təmsil etməyə hazırdırlar. Bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov söyləyib.
“Bakıda I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunub və sevindirici haldır ki, azərbaycanlı karateçilər yarışlarda uğurla çıxış edərək, 4 qızıl və2 bürünc medalla bu bayramı dəstəklədilər”,- deyə Y.Bəşirov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa Oyunları keçirilməzdən öncə azərbaycanlı karateçilərdən 1-2, maksimum 3 qızıl medal gözlənilirdi.
“Azərbaycanlı karateçilər yığmamız üçün ilk medalı, eləcə də ilk qızıl medalı qazandılar. Karateçilərimizin dörd qızıl medalı I Avropa Oyunlarında 21-i qızıl olmaqla, 56 medalla ikinci yerə çıxmış Azərbaycan yığma komandasının çıxışı üçün yaxşı stimul oldu”,- deyə federasiyanın prezidenti qeyd edib.
Y.Bəşirov, həmçinin azərbaycanlı karateçilərin 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında da uğurla çıxış edəcəklərinə əmin olduğunu bildirib.
“İdmançılarımız yazda Avstriyada keçiriləcək növbəti dünya çempionatına hazırlaşmağa başlayıblar. Bundan başqa, bu ilin noyabr ayında İndoneziyada yeniyetmə və gənclərin dünya çempionatı keçiriləcək, biz orada gənc idmançılarımızın hazırlıq səviyyəsini yoxlayacağıq”,- deyə o bildirib.
Y.Bəşirov jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, 2020-ci ildə Bakıda karate üzrə 55-ci Avropa çempionatı keçiriləcək.
“Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Avropa Oyunlarının təşkil olunma səviyyəsindən, xüsusən karate üzrə yarışların səviyyəsindən razı qalıb. Biz çox ümid edirik ki, bir neçə ildən sonra karate olimpiya idman növü olacaq”,- deyən Y.Bəşirov əlavə edib ki, BOK-un 2016-cı ildə keçiriləcək konqresində Olimpiya Oyunlarının proqramına yeni idman növlərinin daxil edilməsi məsələsi həll olunacaq ki, “karate də təklif edilən 8 idman növündən biridir”.
Ölkənin karate üzrə yığma komandasının baş məşqçisi Rəhman Hətəmov da azərbaycanlı idmançıların Avropa Oyunlarında uğurlu çıxış etdiyini deyib.
“İdmançılarımızın Avropa Oyunlarına hazırlıq səviyyəsi yüksək idi, buna qədər onlar Avropa və dünya birinciliklərində uğurla çıxışlar etmişdilər”,- deyə o bildirib.
Mətbuat konfransında Avropa Oyunlarının çempionları və mükafatçıları jurnalistlərin suallarını cavablandırıblar.
Avropa Oyunlarında karateçilər Firdovsi Fərzəliyev, Rafael Ağayev, İrina Zaretskaya, Ayxan Mamayev qızıl, İlahə Qasımova və Niyazi Əliyev isə bürünc medallar qazanıblar.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət