2015-ci ildə Pirallahı Yüksək Texnologiyalar Parkı istifadəyə veriləcək. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“Pirallahı Yüksək Texnologiyalar Parkı bu il istifadəyə veriləcək”, - deyə nazir bildirib.
O qeyd edib ki, RYTN İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə texnoloji-tutumlu, innovativyönümlü məhsul və xidmətlərin istehsalı, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə yönələn bir neçə layihəyə dair təkliflərin hazırlanmasını başa çatdırır.
“Bu gün bizim əsas məqsədimiz İKT sektorunun inkişafı üçün qeyri-dövlət maliyyə resurslarının cəlb edilməsi və onların düzgün istifadəsidir”, - deyə Ə.Abbasov qeyd edib.
O, misal kimi “Azərpoçt” MMC-nin Dünya Bankı ilə birgə reallaşdırdığı layihələr çərçivəsində əldə olunan gəlirlər hesabına DB-nin kreditlərinin ödənilməsini, həmçinin “Aztelekom”un regionlarda genişzolaqlı internetin inkişafı üçün heç bir zəmanət olmadan Amsterdam TRADE bankından götürdüyü krediti qeyd edib.
Nazir qeyd edib ki, hesabat dövründə bu sektorda gəlirlərin artımı 12% təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən 1,5 dəfə yüksəkdir.
Prezident İlham Əliyev 5 noyabr 2012-ci il tarixində Bakının Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılmasına dair fərman imzalayıb. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət