Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında”qanun qüvvəyə minib.
Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında”qanunu imzalayıb. Qanunun mətni çərşənbə günü rəsmi mətbuatda dərc olunub.
Qanuna əsasən, Azərbaycanda broker və diler şirkətlərinin fəaliyyəti vahid şəklə salınacaq. Onlar yalnız investisiya şirkətlərinin fəaliyyəti üçün lisenziya alacaqlar. İnvestisiya şirkətlərinin fəaliyyəti üçün lisenziyada bu lisenziyanın sahibinin göstərə biləcəyi əsas və yardımçı xidmətlər qeyd ediləcək.
Əsas investisiya xidmətlərinə daxildir: qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların yerləşdirilməsi (öhdəlik götürməklə və öhdəlik götürmədən) və anderraytinqi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması.
Yardımçı xidmətlər bunlardır: müştərilərin hesablarının idarə olunması, investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması, təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi, əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
İndiyədək broker və diler fəaliyyətinə lisenziyalar 5 il müddətinə verilirdi. Qanunda isə investisiya şirkətlərinin fəaliyyət lisenziyasının müddətsiz olacağı nəzərdə tutulur.
Bu Qanun qüvvəyə mindiyi tarixədək qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə (broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış şəxslərə verilmiş lisenziyalar 2016-cı il yanvarın 1-dək qüvvədə qalır və həmin tarixədək onlar bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada investisiya şirkəti fəaliyyətinə lisenziya alınması barədə müraciət etməlidirlər.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 13 diler fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 2, depozitar fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə 1 və klirinq fəaliyyəti üzrə 1, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılığı (lisenziyası) qüvvədədir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət