Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) II yarımillikdə “Qiymətli kağızlar bazarı haqqında”qanunun tətbiqi ilə bağlı yeni hüquqi və əməliyyat mühitinin yaradılması üzərində işləyəcək. Bu barədə QKDK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, “Qiymətli kağızlar bazarı haqqında”qanun çərşənbə günü rəsmi mətbuatda dərc olunub və qüvvəyə minmiş sayılır.
Məlumatda qeyd olunur ki, QKDK-nın kollegiyası 2015-ci ilin birinci yarısında komitənin fəaliyyətinin yekunlarını və ikinci yarımillikdə prioritet vəzifələrini müzakirə edib.
Komitə sədri Rüfət Aslanlı qeyd edib ki, 2015-ci ilin birinci yarısında qiymətli kağızlar bazarında əməliyyatların həcmi 20% artıb.
“2015-ci ilin II yarısına prioritet “Qiymətli kağızlar bazarı haqqında”qanunun tətbiqi ilə bağlı yeni hüquqi və əməliyyat mühitinin yaradılması, müəyyən edilmiş qrafikə əsasən yeni ticarət, hesablaşmalar və nəzarət sisteminin təmin edilməsi və tətbiqi, vətəndaşların müraciətlərinə baxılma sisteminin təkmilləşdirilməsindən ibarətdir”, - deyə məlumatda vurğulanır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət