Bu gün Gəncə Apellyasiya Məhkəməsində erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Məhkəmə prosesində bu il mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə erməni kəşfiyyatçının cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilməsi hökmü qüvvədə saxlanılıb.
Hakim Teyyub Muxtarovun sədrlik etdiyi proses qapalı keçirilib.
Ötən il dekabrın 26-da cəbhəninAğdamrayonu istiqamətində qoşunların təmas xəttini keçmiş A.Baqdasaryanın cəzası onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.
A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.
Törətdiyi əməllərə görə A.Baqdasaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunub
Cinayət işinin materiallarına əsasən, Ermənistanda xüsusi təlim keçmiş Arsen Eduardoviç Baqdasaryan iki hərbçi yoldaşı ilə birgə 2014-cü il dekabrın 26-da Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini gizli olaraq keçib. Onlar özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minadan 3 ədədini Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində yerləşdiriblər. A.Baqdasaryan geri qayıtmaq istəyərkən Ağdam rayonunun Zəngişalı kəndi ərazisində tutulub.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.
F.Mehdiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət