İyulun 16-dan “Azərbaycan Kredit Bankı” Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvlüyündən çıxarılıb. Bu barədə fonddan məlumat verilib.
“Azərbaycan Kredit Bankı” fəaliyyət üçün lisenziyasının ləğv edilməsi ilə əlaqədar iyulun 16-dan etibarən ADIF-in üzvlüyündən çıxarılıb”, - deyə fondun məlumatında qeyd edilir.
Beləliklə, ADIF-in reyestrinə daxil edilmiş bankların sayı 43 təşkil edir.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyət üçün lisenziyasını ləğv edib. “Lisenziyanın ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minib. Lisenziyanın ləğv edilməsinə dair qərar bankın məcmu kapitalın minimal məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etmədiyinə, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirmədiyinə görə qəbul edilib.
“Azərbaycan Kredit Bankı” ASC 2005-ci ilin dekabr ayında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları bir neçə fiziki şəxsdir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 12% dərəcəsindən yüksək olmayan 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət