“Standard & Poors” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini “BBB” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında bildirilir.
Proqnoz “mənfi” səviyyəsində saxlanılıb.
“Azərbaycanın reytinqi respublikanın güclü xarici mövqeləri ilə dəstəklənir. Bu, ilk növbədə, Dövlət Neft Fondunda $35 mlrd.-ı (2015-ci ilə proqnozlaşdırılan ÜDM-in 60%-ə qədəri) ötən aktivlərin mövcudluğunu əks etdirir”,- deyə məlumatda qeyd edilir.
Agentlik nisbətən zəif institusional effektivliyi və məhdud pul-kredit çevikliyini qeyd edir.
Bununla yanaşı, agentlik qeyd edir ki, manatın fevral ayındakı devalvasiyasından sonra Azərbaycan iqtisadiyyatında dollarlaşmanın sürətli artımı müşahidə olunur.
Agentliyin ekspertləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı hazırda neft qiymətlərinin əhəmiyyətli dərəcədə enməsi ilə bağlı müəyyən təzyiqlə üzləşir. “Azərbaycan 2013-2014-cü illərdə mal ixracının 95%-ni və ÜDM-in təxminən 40%-ni təşkil etmiş karbohidrogen sektorundan əhəmiyyətli dərəcədə asılıdır”, - deyə məlumatda qeyd edilir.
Agentliyin qiymətləndirmələrinə əsasən, Azərbaycan Mərkəzi Bankı bank sektorunun və kapital bazarının həcminin kiçik olmasını nəzərə alaraq qeyri-neft sektorunun artımını stimullaşdırmaq, kiçik və orta biznesi, ipoteka kreditləşməsini dəstəkləmək üçün daxili bazarda maliyyə resursları axtarmaqda davam edəcək.
Bununla yanaşı, agentlik hesab edir ki, 2015-ci ilin iyul ayında uçot dərəcəsinin 3,5%-dən 3%-ə qədər azalması kreditləşmənin artımına əhəmiyyətli təsir göstərməyəcək.
Azərbaycanda neft hasilatı ildə 1-2% azalacaq ki, bu da öz növbəsində ixracın həcminin azalmasına gətirib çıxaracaq.
2015-ci ilin yekunlarına əsasən, dövlət büdcəsinin kəsiri ÜDM-in 8,9%-ni təşkil edəcək. “Biz 2015-ci ildə dövlət xərclərinin hökumətin planlaşdırılmış xərclərinin 90%-ni təşkil edəcəyini gözləyirik”, - deyə məlumatda qeyd edilir.
2016-cı ilə qədər ARDNF-in aktivləri 2014-cü ilin sonuna olan $37 mlrd.-a qarşı $33 mlrd.-a qədər azalacaq. “ARDNF-in aktivləri neft qiymətlərinin artımı fonunda tədricən bərpa olunacaq (agentliyin proqnozlarına əsasən, 2016-cı ildə neftin orta qiyməti 2015-ci ildəki bir barel üçün $55-a qarşı bir barel üçün $65 təşkil edəcək”,- deyə məlumatda qeyd edilir.
Məlumatda bildirilir ki, mənfi proqnoz Azərbaycanın maliyyə buferinin zəifləmə risklərini əks etdirir, beləliklə də iqtisadiyyatın mümkün şok sarsıntıları ilə mübarizə qabiliyyətini azaldır.
Bununla yanaşı, əgər hökumətin səyləri kifayət etməzsə və ya neft qiymətlərinin azalması proqnozlaşdırıldığından daha yüksək olarsa, agentlik 2016-cı ildə Azərbaycanın reytinqlərini azalda bilər.
Digər tərəfdən, əgər Azərbaycanın fiskal sisteminə təzyiq azalsa, agentlik reytiniqi “neqativ”dən “sabitə” dəyişə bilər.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət