Bazar ertəsi axşam saatlarında “Şahdəniz” yatağından hasil edilən qazın Türkiyəyə nəqli üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsinin keçdiyi Qars vilayətinin Sarıqamış rayonu ərazisində partlayış baş verib. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.
Məlumatda Qars vilayətinin valisi Günay Özdəmirə istinadən bildirilir ki, partlayışın səbəbləri müəyyən edilməyib, hazırda səbəblər araşdırılır, eləcə də baş vermiş insidentlə bağlı lazımi tədbirlər görülür.
SOCAR-ın mətbuat xidmətindən isə bildirilib ki, qaz kəmərinin Türkiyə hissəsinin operatoru BOTAS şirkətidir və şirkət kəmərin təhlükəsizliyinə görə cavabdehdir.
“Biz BOTAS şirkəti ilə daim əlaqədəyik. Partlayışın səbəbləri araşdırılır. Kəmərə qazın verilməsi profilaktik tədbirlərlə əlaqədar avqustun 2-dən dayandırılıb. Buna görə də partlayış nəticəsində ətrafa ciddi ziyan dəyməyib. Bundan əlavə, bu partlayış “Şahdəniz” konsorsiumuna ciddi ziyan vurmayıb”,- deyə şirkətdən bildirilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət