Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Türkiyənin Berikan yayım evi tərəfindən çap edilən kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın bu ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.
Nəşrdə Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə edilir və regionun müasir dövrə qədər tarixindən bəhs olunur. Əsərin müəllifi ilk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.
Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi göstərilir, erməni etnosunun bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi qeyd edilir. Müəllif sistemli şəkildə bir dövrdən digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi ərzində ermənilərin orada olmamasını diqqətə çatdırır.
Kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.
Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa dair fundamental elmi əsərin türk dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsər qardaş Türkiyə oxucularında Qarabağ həqiqətləri haqqında məlumatlılığın artırılması baxımından mühüm rol oynamaqla yanaşı, tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbədir.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət