Müslümü xatırlayan və sevən hər hər kəsə onun xatirəsini əziz tutmağı arzu edirəm, o sizə mütləq sevgi ilə qarşılıq verəcək. Bunu SSRİ xalq artisti , görkəmli müğənnini və bəstəkar Müslüm Maqomayevin xanımı, opera müğənnisi SSRİ xalq artisti Tamara Sinyavskaya bildirib.
“Onun belə bir mahnısı vardı, nə qədər ki, xatırlayıram, mən yaşayıram”. Mən də bu sözlərə qoşula bilərəm. Mən onu hər zaman xatırlayıram. O hər zaman mənimlədir, hər gün sabah erkəndən səhəri gün sabaha qədər bir an belə məni tərk etmədən mənimlədir”,-deyə T. Sinyavskaya Fəxri Xiyabanda M.Maqomayevin anım günündə bildirib.
Onun söyləyib: “M.Maqomayev hər zaman mənimlədir, məni qoruyur, yönləndirir. Mən özüm də bilmirəm bu necə baş verir. Bəlkə mən belə düşünmək istəyirəm”,- deyə müğənni bildirib.
“Müslüm sonsuz bayramdır, musiqidir, istedaddır. Biz hər zaman onun xatirəsini yad edirik. İllər keçəcək, biz yenə də onu xatırlayacağıq, çünki Müslüm səadətdir Bu gün biz ona əvida Müslüm demirik, salam Müslüm deyirik.”,- deyə Azrbaycanın xalq artisti , kinorejissor Eldar Quliyev bildirib.
Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, müğənni hər zaman Azərbaycanla Rusiya arasında dostluğa xidmət edir. Diplomat M.Maqomayevə həsr olunmuş şer oxuyub.
Rəssamlar İttifaqının rəhbəri, xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, Müslümün gözlərinə baxan hər kəs ona heyranlığını bildirir , xoş sözlər söyləyirdi, çünki o buna layiq idi.
“ O insanların ürəklərini birləşdirirdi. O, təkrarolunmaz, əsl kişi və möhtəşəm müğənni idi”,- deyə F.Xəlilov qeyd edib.
T.Sinyavskaya M. Maqomayevi yad edən və hər zaman məzarını ziyarət edən hər kəsə təşəkkürünü bildirdi.
“Onu yalnız Moskvada deyil, dünyanıən bütün guşələrində tanıyır və sevirdilər. Onun mahnıları hər yerdə səslənirdi. Bu gün Müslümün 73 yaşı tamam olsa da, mənə belə gəlir ki, 37 yaşı tamam olur”,- deyə müğənni qeyd edib.
Bazar ertəsi onlarla insan, o cümlədən respublikanın mədəniyyət və ictimaiyyət xadimləri, müğənninin pərəstişkarları görkəmli sənətkarın Fəxri Xiyabandakı məzarını yad edib və gül dəstələri qoyublar.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət