“VTB Bank (Azerbaijan)” ASC manat kreditlərinin çeşidini genişləndirir.
Bankın məlumatına əsasən, cari həftədən etibarən bank “Nağd kreditlər” və “Girovlu istehlak krediti”ni manatla verməyə başlayıb. “Nağd kreditlər” məhsulu üzrə 300 manatdan 11 min manatadək kredit götürmək mümkündür. Kreditin müddəti 6 aydan 36 ayadəkdir.
“Girovlu istehlak krediti” üzrə təklif olunan məbləğ 3 min manatdan 50 min manatadək təşkil edir.
Kredit daha uzun müddətə verilir – müştərilərə kredit 6 aydan 60 ayadək təklif olunur. Bununla yanaşı, hər iki kredit üzrə komissiya yoxdur.
“Hazırda bazarda məhz manatla kreditlərə böyük tələbat var. Bunu nəzərə alaraq bankımız milli valyutada kreditləşməni genişləndirir. Bunun üçün bankın kifayət qədər manat resurslarının olması da buna əlverişli zəmin yaradır”- deyə məlumatda bankın İdarə Heyətinin sədri Yuri Yakovlevin sözlərindən sitat gətirilir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət