Fransanın xarici işlər və beynəlxalq inkişaf, eləcə də daxili işlər nazirləri Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda yerləşən şəhər və kəndlərlə Fransa Respublikasının regionları, vilayətləri, şəhərləri və kəndləri arasında hər hansı əməkdaşlığın qadağan edilməsinə dair birgə göstəriş (təmimnamə) imzalayıblar.
Bu, Azərbaycanın Fransadakı səfirliyi cari ilin mayında bu ölkənin bir neçə şəhəri ilə qondarma “Dağlıq Qarabağ respublikası” arasında “dostluq və qardaşlaşma xartiyaları”nın imzalanmasına dərhal reaksiya verərək həmin istiqamətdə müəyyən tədbirlərin görülməsi ilə bağlı rəsmi orqanlara müraciətindən sonra baş verib.
Fransanın bir sıra regionlarının və vilayətlərinin prefektləri həmin təmimnaməni məsul olduqları ərazidəki şəhər və kəndlərin merlərinə göndərərək onları bu sənədin tələblərinə riayət etməyə çağırıblar.
Təmimnamə Fransanın bir neçə rəsmi saytlarında yerləşdirilib.
Azərbaycanın Fransadakı səfirliyi ölkənin işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf bölgələri ilə erməni diasporunun yaşadığı Fransa regionları, vilayətləri, şəhərləri və kəndləri arasında indiyədək qurulmuş bütün qeyri-qanuni əməkdaşlığın dayandırılması istiqamətində səyləri davam etdirir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət