“Təxminən saat 11:00 radələrində Ulyanovskın mərkəzində, Federasoya küçəsi, 86 ünvanında yerləşən İ.Hüseynovun ofisinə Rusiya İstintaq Komitəsi və OMON əməkdaşları gəlib, müstəntiqin qərarını təqdim edərək istintaq tədbirləri keçirməyə başlayıblar: sənədlərin götürülməsi, elektron texnikaya baxış. Hazırda axtarış davam edir”, - deyə A.Braqin bildirib.Ulyanovskda “Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) İctimai Təşkilatının regional bölmsinin sədri İslam Hüseynovun ofisində axtarış gedir. Bu barədə “İnterfaks-Povoljye” agentliyinə çərşənbə axşamı Ulyanovsk vilayətinin ictimai palatasının üzvü Aleksandr Braqin məlumat verib.
Onun sözlərinə görə, iş adamı və Azərbaycan diasporunun rəhbəri İ.Hüseynov Ulyanovsk şəhərinin hüdudlarından kənardadır.
Agentliyin həmsöhbəti izah edib ki, İ.Hüseynov ticarəıt mərkəzlərinin uinşası və onları icarəyə verməklə məşğuldur.
A.Braqin dəqiqləşdirib ki, axtarış aparılan binada həm İ.Hüseynovun ofisi, həm də ÜAK-ın bölməsi yerləşir. İstintaq tədbirləri bilavasitə İ.Hüseynovun kabineti və mühasibatlıqda aparıır.
Agentliyin həmsöhbətinin sözlərinə görə, axtarış tədbirləri bir il öncə qaldırılan və RİK tərəfindən aparılan RF CM 159-cu maddəsi (dələduzluq) ilə cinayət işinin istintaqı çərçivəsində həyata keçirilir.
“Bu iş üzrə İ.Hüseynov nə şübhəli, nə də ittiham edilən şəxsdir. O şahiddir. İş 2008-ci ildə mehmanxana inşa etmək üçün aldığı və bünövrəsini qoyduğu torpaq sahəsinin satışı ilə bağlıdır. Torpaq sahəsi satılandan sonra onu alan firma həmin yerdə yaşayış evi inşa etməyə başladı və bu əlbir olmaq kimi qələmə verildi”, - deyə A.Braqin bildirib.
O qeyd edib ki, hazırda mühasib və katibə binadadırlar, onları otaqdan buraxmlırlar.
İ.Hüseynovun sözlərinə istinadən A.Braqinməlumat verib ki, iş adamı hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini 2012-ci ildə ona sui-qəsd və mühafizəçisinin plümü ilə bağlı cinayət işinin yeni sübutlara əsasən istintaqının bərpa edilməsi tələbi ilə əlaqələndirir.
“İ.Hüseynov yeni sübutların olduğuna görə işə yenidən baxılmasına çalışır. Qatil (bu iş üzrə öncə məhkum edilən şəxs - İF), həmçinin sifarişçi haqqında ifadə verməyə başlayıb”, - deyə A.Braqin qeyd edib.
Onun sözlərinə görə, istintaqın bərpasına dair söhbət avqustun 12-də sui-qəsd zamanı həlak olan İqor Beznosyukun qızının RİK-in rəhbəri Aleksandr Bastrlkinin şəxsi qəbulunda olduqdan sonra ortaya çıxıb.
İ.Hüseynov hesab edir ki, bununla (ofisdə istintaq tədbirlərin aparılması ilə - İF) ona təzyiq olunur”, - deyə A.Braqin vurğulayıb.
RİK-in regional İstintaq İdarəsində bu vəziyyəti hələlik şərh etmirlər.
Öz növbəsində, yerli mətbuatın məlumatına görə, istintaq tədbirləri xüsusi təyinatlı bölmələrin döyüşçülərinin dəstəyi ilə həyata keçirilir.
Öncə xəbər verilib ki, 11 sentyabr 2012-ci ildə Ulyanovska Lenin Küçəsində yerləşən ÜAK-ın bölməsinin ofisində İ.Hüseynova su-qəsd törədilib. Bununla yanaşı, mühafizəçi vurulub, diaspor lideri xəsarət almayıb.
Hücum edən şəxslər cinayət yerindən qaçıblar.
2014-cü ilin aprel ayında Ulyanovsk vilayət məhkəməsi terli diaspor liderinə sui-qəsddə müqəssir olan Azərbaycan vətəndaşı Nahid Zahidovu ciddi rejimli koloniyada 11 il həbs cəzasına məhkum edib.
İstintaqın məlumatına görə, İ.Hüseynova qarşı şəxsi düşmənçiliyi olan N.Zahidov onu öldürmək qərarına gəlib. Həmvətənlisi Ramin Bağırov onu bu cinayəti törətməyə sövq edib. İndiyədək R.Bağırov yeri müəyyən edilməyib, o axtarışa verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət