Azərbaycan Beynəlxalq Bankı (ABB) səmərəliliklərinin müəyyən edilməsi məqsədilə xarici nümayəndəlik və törəmə strukturlarının işini təhlil edəcək. Bu barədə ABB-nin İdarə Heyətinin sədri Elmar Məmmədovun bankın saytında dərc olunan müsahibəsində qeyd edilir.
“Həmin təhlilin dəqiqi nəticələrini əldəe tdikdən sonra bank üçün səmərıli strukturların fəaliyyətinin təkmilləşdirilməsi və ya lazım olamayan strukturların gələcəyini müəyyən edən qərarlar qəbul etmək mümkündür”, - deyə E.Məmmədov bildirib.
Onun sözlərinə görə, həmçinin bank ofislərin yerləşdiyi ərazi və real müştəri potensialı nöqteyi-nəzərindən ölkə daxilində filial və məntəqələr şəbəkəsini optimallaşdırmağı planlaşdırır.
Prezident İlham Əliyevin bankın özəlləşdirməyə hazırlanması məqsədi ilə ABB-nin maliyyə mövqeyinin bərpa edilməsi üzrə tədbirləri şərh edərkən E.Məmmədov qeyd edib ki, bank struktur islahatları aparmalı, korporativ idarəetmə sistemini təkmilləşdirməli, aktiv və passivlərin idarəolunması strategiyasını hazırlamalı, kdr siyasətinə təkrar baxmalı və bir sıra digər tədbirlər həyata keçiriməlidir.
“Bundan başqa, kreditləşdirmə növləri və kredit məhsullarına təkrar baxılmalı, bankın xərcləri minimuma endirilməlidir”, - deyə o bildirib.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirmətə hazırlanması 5 il vaxt tələb edə bilər. Bundan əlavə, “Fitch” hesab edir ki, hətta əgər özəlləşdirmə baş tutsa, ABB ölkədəki ən iri banklardan biri olaraq vacib bank olmaqda davam edəcək və dövlət tərəfindən nəzarət olunan strukturlarla əhəmiyyətli əməkdaşlığını qoruyub saxlayacaq.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il iyulun 15-də bankın özəlləşdirməyə hazırlanması məqsədi ilə ABB-nin maliyyə mövqeyinin bərpa edilməsi üzrə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri təsdiq edilməlidir. Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi bankı problemli aktivlərin həcmini müəyyənləşdirməlidirlər, Aktivlərin satınalınma müddəti və ya özəlləşdirmənin başlanma müddəti dəqiq göstərilməsə də problemli aktivlərin həcmi müəyyən edildikdən sonraq 15 gün ərzində problemli aktivlər satılmalıdır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət