Azərbaycan Xarici İşlər Nazirliyi “Azadlıq” radiostansiyasının Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa İtifaqı və digər beynəlxalq təşkilatların bəyanatlarına cavab verib.
“X.İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik”, - deyə XİN-in mətbuat katibi Hikmət Hacıyevin bəyanatında bildirilir.
O, təəssüflə bildirib ki, X.İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi.
“Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir. XİN tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır”,- deyə bəyanatda bildirilir.
H.Hacıyevin sözlərinə görə, qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apellyasiya qaydasında müraciət hüququ təsbit edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də jurnalist X.İsmayılovanın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
X.İsmayılova Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Bununla yanaşı, ona ittiham edildiyi 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verilib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət