Yaxın 3 həftə ərzində şahmatsevərlərin diqqəti Bakıda keçiriləcək dünya kubokuna yönələcək. Bunu sentyabrın 10-dan oktyabrın 5-nə qədər Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarına həsr olunmuş mətbuat konfransında FIDE prezidenti Kirsan İlyumjinov söyləyib.
“Dünya kuboku bayramdır. Milyonlarla tamaşaçının diqqəti 3 həftə ərzində Azərbaycana yönələcək. Bu müddət ərzində Bakı bütün beynəlxalq şahmat elitasının diqqət mərkəzində olacaq”,- deyə K.İlyumjinov qeyd edib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək turnirə dünyanın ən güclü şahmatçıları qatılacaqlar.
“Bu, dünyanın ən güclü şahmat turnirlərindən biridir. Bu il şahmat üzrə qadınlar arasında çempionat keçirilib. Bu isə ikinci böyük çempionatdır - dünya kuboku”,- deyə K.İlyumjinov bildirib. O, sabiq dünya çempionları Veselin Topalov və Aleksandr Kramnik, eləcə də qadınlar arasında dünya çempionu Mariya Muzıçuk, sabiq dünya çempionu Hou Yifan kimi məşhur şahmatçıların bu turnirdə mübarizə aparacaqlarını vurğulayaraq deyib: “Bu yarış iddiaçılar turnirinə vəsiqə qazandırır. Dünya çempionluğu uğrunda matç isə gələn ilin oktyabrında ABŞ-da keçiriləcək. Şahmatçılar Azərbaycanda dünya kubokunu qazanmaq uğrunda ciddi mübarizə aparacaqlar”.
Onun sözlərinə görə, 2016-cı ildə Bakıda keçiriləcək şahmat üzrə dünya çempionatı rekord göstəricilərə malik olacaq. “Olimpiadaya 3 minə yaxın şahmatçı qatılacaq”,- deyə K.İlyumjinov qeyd edib.
Gənclər və idman naziri Azad Rəhimov isə deyib: “Biz dünya kuboku uğrunda mübarizə aparacaq şahmatçılar arasında ciddi rəqabətin olacağını gözləyirik, turnirin qalibi dünya şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazanacaq”.
Onun sözlərinə görə, təşkilat komitəsi, həmçinin 2016-cı ildə Azərbaycanda keçiriləcək dünya Şahmat Olimpiadasına hazırlıq işləri ilə məşğuldur. “Hesab edirik ki, dünya kuboku turniri Dünya Şahmat Olimpiadasının əsas məşqi olacaq. Əminəm ki, hər iki turniri yüksək səviyyədə keçirəcəyik”,- deyə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov qeyd edib.
O, azərbaycanlı şahmatçıların turnirdə uğurla iştirak edəcəyinə ümid etdiyini bildirib.
“Son illər azərbaycanlı şahmatçılar beynəlxalq turnirlərdə uğurla iştirak edirlər. Son olimpiadada Azərbaycan 2-5-ci yerləri bölüşüb”,- deyə o əlavə edib.
Bakıda keçiriləcək Dünya Kuboku uğrunda yarışda 45 ölkədən 128 şahmatçı mübarizə aparacaq. Azərbaycanı turnirdə 6 şahmatçı təmsil edəcək.
Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət