“Bildiyiniz kimi, Avronest Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında parlament assambleyası qurumu kimi nəzərdə tutulmuşdu. Əgər hansısa bir ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest çərçivəsində baxıla bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir”, - deyə İ.Əliyev çərşənbə axşamı Çexiya prezidenti Miloş Zeman ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.Azərbaycan Qərbdən müəyyən kənar qüvvələrin bizim daxili işlərimizə müdaxilə etmək cəhdlərinə dözmək niyyətində deyil və buna görə də haqlı olaraq Avropa İttifaqının parlament strukturları ilə - Avropa Parlamenti və Avronest ilə fəaliyyətini dayandırıb. Belə bir bəyanatla Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.
“Belə olan halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir, tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı demək olar ki, itirən dairələr bu gün, əfsuslar olsun, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edir”, - deyə İ.Əliyev vurğulayıb.
“Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz”,- deyə o qeyd edib.
Ötən həftə Avropa Parlamenti qətnamə qəbul edərək Azərbaycan hakimiyyətini həbsdə olan vətəndaş cəmiyyəti fəallarını, hüquq müdafiəçilərini və jurnalistləri azad etməyə çağırıb. Qətnamədə həmçinin Avropa Komissiyasına müraciət edilərək Azərbaycanın hakimləri, rəsmi şəxsləri və siyasətçilərinə qarşı sanksiyalar tətbiq etməyə, viza məhdudiyyətləri qoymağa çağırış edilib.
F. Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət