2015-ci ildə sığorta bazarında artım 11-12% təşkil edə bilər. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov belə hesab edir.
“2015-ci ilin yekunları üzrə əhalinin hər nəfərinə sığorta haqqının 50 manata çatmasını gözləyirik. Hazırda bu göstərici təxminən 45 manata bərabərdir. Bu halda bazarın ümumi həcmi 480 mln. manata yaxın olacaq”, - deyə O.Bayramov qeyd edib.
2014-cü ilin yekunları üzrə Azərbaycanda sığortaçıların sığorta haqları 430 mln. manata yaxın təşkil edib.
Onun sözlərinə görə, 2015-ci ildə bazarda artım 11-12% təşkil edəcək.
“Payızda ölkədə iqtisadi proseslərdə, o cümlədən sığorta sahəsində fəallaşma gözlənilir. Buna görə biz dördüncü rübdə bazarın artım tempinin sürətlənməsini gözləyirik”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycanda sığortaçıların sığorta haqları 10,4% artıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət