Dünya neft bazarlarında təkliflərin həddindən artıq çox olması növbəti 15 ildə neftin qiymətlərinin aşağı səviyyədə qalmasına səbəb olacaq. Bu barədə “Goldman Sachs Group Inc”in ekspertləri proqnoz veriblər.
“Goldman Sachs” bu ay verdiyi başqa bir proqnozda Brent və WTI markalı neftin bir barelinin qiymətinin 2015-2016-cı illərdə $20 dollara qədər azala biləcəyini proqnozlaşdırıb.
“Goldman Sachs”ın xammal sektoru üzrə baş analitiki Cefri Karrinin sözlərinə görə, bir barel neftin qiymətinin 20 dollara düşməsi ehtimalı 50%-dən az təşkil edir. Bu, oktyabr və ya mart aylarında baş verə bilər. Çünki bu aylarda neft emalı müəssisələri ənənəvi olaraq texniki xidmətə bağlanır”,- deyə o, “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
C.Karrinin fikirncə, neftin qiymətinin bu səviyyəyə düşməsi istehsalçıları dünyanın bəzi regionlarında hasilatı azaltmağa məcbur edəcək.
“Goldman Sachs”ın uzunmüddətli proqnozuna əsasən, bir barel neftin qiyməti $50 olacaq.
“Biz uzunmüddətli perspektiv haqqında danışanda neftin bir barelinin qiymətini $50 götürürük. Lakin dünyanın digər bazarlarında, o cümlədən də xammal bazarında baş verənləri nəzərə almaqla qiymətlərin azalması riski qalmaqdadır.
Dəmir filizi, mis və poladın qiymətinin azalması, eləcə də xammal istehsalçılarının valyutasının zəifləməsi neft şirkətlərinin xərclərini azaldıb”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, xammal bazarı 30 illik “investisiya fazasından” “istismar fazasına” keçir və şist nefti yataqları vacib hasilat mənbəyidir.
C.Karri qeyd edib ki, Federal Ehtiyatlar Sistemi “emerging markets”də xoşagəlməz anlaşılmazlıq yaradacaq ki, bu da neftə olan tələbata mənfi təsir göstərə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət