Azərbaycan və Əlcəzair elm sahəsində sıx əməkdaşlıq etmək niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
AMEA prezidenti, akademik Akif Əlizadənin Əlcəzair Xalq Demokratik Respublikasının Bakıdakı müvəqqəti işlər vəkili Abbes Benmoussatla görüşü zamanı əməkdaşlıq mövzusu müzakirə edilib.
A.Əlizadə qonağa AMEA-nın fəaliyyəti, strukturu və elmi nailiyyətləri barədə məlumat verib. Ölkədə elmi-intellektual potensialın, mənəvi təşəkkülün formalaşmasında və cəmiyyətin sosial-iqtisadi tərəqqisində akademiyanın rolundan danışıb.
Akademik uzun illər boyu azərbaycanlı mütəxəssislərin Əlcəzairdə neft emalı sahəsində tədqiqatlarından, gördüyü işlərdən bəhs edib.
Öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirən diplomat hər iki ölkənin dostluq münasibətlərindən, elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrindən söz açıb.Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Akademik A.Əlizadə səfirin hər iki ölkənin elmi təşkilatları arasında səfirliklər vasitəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması təşəbbüsünü yüksək qiymətləndirib. Bu məqsədlə gələcəkdə AMEA institutları ilə Əlcəzairin elmi müəssisələri arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalanması barədə razılıq əldə olunub.
Sonda A.Benmoussat AMEA prezidentini Əlcəzair Xalq Demokratik Respublikasına səfərə dəvət edib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət