Ailəsi ilə Azərbaycana qaçan Ermənistanın “Daxili Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan respublikadan hansı status istəyəcəyini müəyyən etməyib.
“Çox güman ki, siyasi sığınacaq olacaq, lakin yaşama müddəti, üçüncü ölkəyə getmə və ya burada qalma kimi məsələlər barədə danışmaq hələlik tezdir”, - deyə V.Martirosyan cümə günü Bakıda mətbuat konfransında qeyd edib.
Bununla yanaşı, o, beynəlxalq təşkilatlara Yerevanda olan anası və qayınanasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət ünvanlayıb.
V.Martirosyan mətbuat konfransında etiraf edib ki, Azərbaycanda onun və ailəsi üçün əlverişli şərait yaradılıb. “Bu torpağa qədəm qoyduğum ilk dəqiqədən etibarən mənə, həyat yoldaşıma və övladıma münasibət ən yüksək səviyyədədir. Mən mühafizə olmadan Bakını gəzdim, suvenirlər aldım”, - deyə o bildirib.
Bununla yanaşı, erməni ictimai xadim danışıb ki, vətənində Azərbaycana qarşı qəsdən mənfi münasibət yaradırlar. “Ermənistanda Bakı haqqında necə təsəvvür yaradıldığını bilirsinizmi? Əgər dərsliklərdə rəsmi təqdimatdan başlasaq, məktəblərdə uşaqlara Azərbaycan və Bakının, Azərbaycan milləti və dövlətinin maksimum 100 illik tarixi olduğunu öyrədirlər. Mən 12-ci əsrə aid olan Qız Qalasında olmuşam. 90-cı illərdə doğulan kiçik nəsil hesab edirlər ki, burada (Azərbaycanda - İF-Az) hər şey dağıdılıb, vəhhabilər dolaşırlar, baş kəsirlər və yalnız neft hasil edirlər. Vəssalam. İnsanların münasibəti belədir. Və Ermənistan KİV-ləri 20 ildir bunu xalqa təqdim ediblər”, - deyə o bildirib.
V.Martirosyan qeyd edib ki, əgər Ermənistanda Azərbaycandakı mövcud real vəziyyət barədə xəbər tutsalar, həmvətənlərinin çoxu onun kimi hərəkət edəcək. “Düşünürəm ki, əgər sərhəd açılarsa, Ermənistandan bura qaçqın axını Avropaya qaçqın axını kimi olacaq”, - deyə o vurğulayıb.
Daha əvvəl Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “İnterfaks-Azərbaycan” agentliyinə məlumat vermişdi ki, Ermənistanın “Daxili Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakıdan siyasi sığınacaq istəyib.
“Gürcüstanlı həmkarlarımın mənə verdikləri məktubda bildirilir ki, Vaan Martirosyan və onun xanımı döyülüblər. İnsident nəticəsində hamilə qadın uşağını itirib”, - deyə N.Cəfəroğlu qeyd edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə saxlayıb və onlar erməni müxalifətçiyə sığınacaq veriblər.
Ermənistan KİV-lərinin məlumatına görə, V.Martirosyan və xanımı avqustun 15-də hakim Respublika Partiyasının parlament fraksiyasının deputatı Mqer Sedrakyanın yaxınları və mühafizəçiləri tərəfindən döyülüb. Faktla bağlı cinayət işi açılıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət