Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verir.
BəyanatdaDağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edilir, Azərbaycan Respublikasının ərazisinin Ermənistan Respublikası tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.
Sənəddə Paraqvay Deputatlar Palatası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır.
Paraqvay Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi sülh şəraitində birgəyaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət