“Atəşgah” sığorta şirkətinin səhmdarları Direktorlar Şurası və İdarə Heyətinin tərkibinə dəyişiklikləri təsdiq ediblər. Bu barədə şirkətin məlumatında deyilir.
“Atəşgah” şirkətinin səhmdarlarının ümumi yığıncağında 2014-cü ilin maliyyə hesabatı da təsdiq edilib.
Səhmdarların qərarı ilə Ruslan Əliyev Direktorlar Şurasının sədri seçilib. Vaqif Əliyev “Atəşgah” Direktorlar Şurasının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilib. Vladimir Solovyov isə Direktorlar Şurasına müstəqil üzv seçilib.
Azər Əliyev şirkətin İdarə Heyətinə üzv təyin edilib.
Bundan başqa, Elşad İsgəndərov Təftiş Komissiyasının sədri, Natiq Əmircanov isə komissiyaya üzv təyin edilib.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb və sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 mln. 8,5 min manata bərabərdir.
2015-ci ilin yanvar-avqust aylarında şirkət 32 mln. 736,450 min manat sığorta haqqı toplayıb, 10 mln. 330,926 min manat ödəniş edib
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət