Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının rəisi, SSRİ dövlət təhlükəsizlik orqanları və Azərbaycan MTN-in fəxri əməkdaşı general-leytenant Ziya Yusifzadə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Z.Yusifzadə ilə vida mərasimi çərşənbə günü günorta saatlarında MTN-in Mədəniyyət Mərkəzində keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.
Z.Yusifzadə 1929-cu ildə Şəki şəhərində anadan olub. 18 iyun 1980-ci il - 11 avqust 1988-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri işləyib, 1992-ci ildə təqaüdə çıxıb. Zəngin həyat və peşə təcrübəsinə malik olan Z.Yusifzadə 1999-cu il iyunun 28-də Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.
Təhlükəsizlik orqanlarında çoxillik xidməti dövründə Azərbaycan Respublikası, SSRİ və xarici dövlətlərin 40-dan artıq orden və medalına layiq görülüb. 25 mart 2003-cü ildəAzərbaycan prezidentinin sərəncamı ilə "Azərbaycan Bayrağı", 19 fevral 2009-cu ildə "Şöhrət" ordenləri ilə təltif olunub.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət