Sovet lideri İosif Stalin İrəvan qalasının dağıdılması və indiki Ermənistan ərazisinin Azərbaycana aid olan və üstünlük təşkil edən izlərdən təmizlənməsi işində mühüm rol oynayıb. Bu barədə Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Məhz Stalinin haklimiyyətdə olduğu dövrdə İrəvan qalası və Azərbaycana məxsus çoxlu sayda digər abidələr dağıdılıb. Məhz Stalinin imzası ilə indiki Ermənistan ərazisində Azərbaycan toponim və hidronimlərinin erməni dilinə çevrilməsinə dair fərmanlar dərc edilib, məhz Stalinin fərmanları ilə yerli azərbaycanlılar, əsil sakinlər etnik təmizləməyə məruz qalıblar və Ermənistandan Azərbaycana köçürülüblər”, - deyə F.Axundov Rusiya qoşunları tərəfindən İrəvan qalasının zəbt edilməsinin 188 illiyi münasibətilə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, XIX əsrdə bu tikililər məqsədyönlü şəkildə məhv edildiyi zaman rus ziyalılar İrəvan qalasının qorunub saxlanmasını dəstəklədilər və 1912-ci ildə çar II Nikolayın sərəncamı ilə xəzinə hesabına onu bərpa edərək əvvəlki şəklə salınmasına nail oldular. “Lakin bir ildən sonra Birinci Dünya müharibəsi başladı. Mütləqiyyət süquta uğradı və İrəvan qalasının tikililərinin bərpası layihəsi unuduldu. Lakin Stalinin hakimiyyəti dövründə İrəvanın inkişafının baş planı təsdiq olundu. Bu planda şəhərin tarixi mərkəzi olan İrəvan qalasının məhv edilməsi nəzərdə tutulurdu”, - deyə F.Axundov qeyd edib.
“Beləliklə, əgər imperator II Nikolayın dövründə Rusiyanın hakim dairələri İrəvan qalasının bərpa edilməsi barədə əmr verirdilərsə, Stalinin hakimiyyəti dövründə qala və ona bitişik bütün tikililər indiki Erməınistan ərazisindəki Azərbaycan mədəniyyətinə aid bütün abidələr kimi məqsədyönlü şəkildə yer üzündən silindi. Bundan başqa, İ.Stalin və onun əlaltısı A.Mikoyanın qərarları ilə Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya olundu, Azərbaycan toponimləri dəyişdirilərək erməniləşdirildi. İrəvan şəhərinin tarixi mərkəzi olan dağıdılmış İrəvan qalasının (1936-cı ildə adı dəyişdirilib) yerində müasir binalar tikildi. Bu, görünməmiş vəhşilik aktı idi. Dünyanın bütün ölkələrində tarixi abidələri var gücü ilə qorumağa çalışırlar, yalnız Ermənistanda orta əsrlər İrəvanın qədim simasını dəyişməyə qərar verdilər. Halbuki bu şəhər onun ermənilərə deyil, azərbaycanlılara aid olmasını açıq şəkildə görməyə imkan verirdi. Nəticədə 2800 yaşı olduğu və Roma şəhərindən daha qədim olduğu iddia edilən İrəvan şəhəri bu gün XIX əsrin sonu - XX əsrin əvvəllərində tikilmiş, çar Rusiyası və Sovet dövrünə aid binalardan ibarət bir şəhərə çevrildi”,- deyə F.Axundov bildirib.
1827-ci il oktyabrın 1-də (köhnə tarixlə) general İ.F. Paskeviçin başçılığı ilə rus qoşunları günlərlə edilmiş hücumlardan sonra İrəvan qalasını ala bildilər. Bu qala Azərbaycanın İrəvan xanlığının hərbi inzibati mərkəzi idi. Məhz bu qalanın ətrafında İrəvan şəhəri - indiki Ermənistan Respublikasının paytaxtı olan müasir Yerevan yaradıldı.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət