Maliyyə naziri Samir Şərifov hazırda manatın məzənnəsi üçün böyük risklər görmür.
“Bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox amillərdən asılıdır - ilk növbədə tədiyyə balansının vəziyyətindən. Bizim əsas ixrac məhsulumuz və müvafiq olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır. Lakin hal-hazırda hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir”, - deyə”, - deyə S.Şərifov ANS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq.
“Bu, təkcə inkişaf etməkdə olan ölkələrə aid deyil, o cümlədən inkişaf etmiş ölkələrin valyutalarının mübadilə məzənnələrinə nəzər salsanız, görəcəksiniz ki, cari ildə onlar da xeyli dəyişiblər. Avropanın vahid valyutası avro ABŞ dollarına qarşı xeyli ucuzlaşıb”, - deyə nazir qeyd edib.
O, həmçinin bildirib ki, Mərkəzi Bank manatın məzənnəsinin çevikliyinin artırılması üzərində iş aparır.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət